• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yan, yunan, qan, yunan! - KÖŞƏ

Yazarlar / Avropa Liqası

9-10-2022, 13:0

İndi az qala hər kəs “feysbuk” hesabında Qurban Qurbanovun iki əlini qaldırdığı, təəccüblə ovurdlarını şişirtdiyi şəkli paylaşır və özünəməxsus tərzdə bu jesti izah etməyə çalışır; əcəba, istənilən qələbə və məğlubiyyət anında soyuqqanlı, təmkinli adam təsiri bağışlayan birinə nə oldu ki, emosiyalarını belə çılpaq şəkildə göstərdi?

Məmləkətin həyatından yetərincə məlumatlı olan birinin məhz həmin gün Prezident İlham Əliyevin Praqada önəmli ikitərəfli və dördtərəfli görüşlər keçirməsindən xəbərsizliyi mümkün deyil. Yəni Qurban bəyin günün emosional fonunun təsiri altında belə davranması ilə bağlı versiyanın yaşamaq hüququ var. Ancaq mənə elə gəlir ki, bu, məşqçi Qurbanovun yox, sabiq hücumçu Qurbanovun möhtəşəm qola reaksiyası idi. Sanki o da “Qarabağ”ın hücumçusu idi və oyundaşı Ramil Şeydayevin qoluna heyrətini gizlədə bilmirdi.

Təbii, “Qarabağ”ın parlaq qələbələrinin sayı çoxdu – səfərdə oynamaq artıq ağdamlılar üçün psixoloji buxov deyil. SSRİ dövrünün “Neftçi”sindən qalan səfərdə sürünmək sindromuna, şükür Allaha, müstəqillik dönəmində əlac tapıldı. İndi Azərbaycan komandaları səfərdə də evdəki qədər inamlı oynamağı bacarır. Amma bugünkü yazının mövzusu başqadı...

Bəzən öz-özümə düşünürəm ki, görəsən, Yunanıstan və Cənubi Kipr təmsilçiləri ilə duellərimiz niyə bunca prinsipiallaşdı? Belə nifrət, qisas ab-havasının səbəbi nədi, kökündə nə dayanır? Təəssüf ki, ermənilərlə münasibətlərdə olduğu kimi, yunanlarla münasibətlərdə də ilk daşı biz atmamışıq. Onlar başlayıb, biz isə uzaqbaşı cavab verməyə çalışmışıq. Son illər bu cavab ölümcül, amansız dozadadı deyə, sevinmək üçün hər cür əsasımız var.
Yunanların türklə düşmənçilik niyyətində olduğunu mən ilk dəfə 95-in avqustunda gördüm. Həmin il avqustun 24-də Sumqayıtda keçirilən “Neftçi” – APOEL oyununda tribunada Türkiyə bayrağı açılanda əvvəl təəəccüblənsəm də, sonradan bunun yalnız ilk oyundakı qalmaqala cavab xarakteri daşıdığını bildim. İllər sonra indi artıq haqq dünyasında olan həmkarım Elnur Əşrəfoğlunun bu komandalar arasında Nikosiyada keçirilən ilk oyunu ilə bağlı geniş reportajına baxdım. Onda Kipr yunanları tribunada Ermənistan bayrağı açmaqla yanaşı, Türkiyənin bayrağını da nümayişkaranə şəkildə - polisin gözün önündə yandırmışdılar. Deməyim odu ki, məhz Yunanıstan və Kipr yunanları Azərbaycan klublarını düşmən görməyə başlayıb, bu yolda ilk addımı atıblar. Sonrakı illərdə nələrin baş verdiyini bilirsiz və indi bunları bir-bir xatırlamağa dəyməz. Srağagün yenə Ermənistan bayrağını açmışdılar.

Yunanın, erməninin, hətta bəzən gürcünün də bayrağımıza, ərazi bütövlüyümüzə qənim kəsildiyi vaxtlar artıq arxada qaldı. “Yan, yunan, qan, yunan” deyib, son qələbənin turnir əhəmiyyətinə toxunmaq istəyirəm. “Futbol+” oxucusu xatırlayar ki, ötən saylarımızın birində “Olimpiakos”dan alınacaq 4 xalın “Qarabağ”ı qrupdan çıxmaq hədəfinə yetərincə yaxınlaşdıracağını yazmışdıq. Azərbaycan çempionu bu yolda ilk addımı atdı. Amma mən də Qurban Qurbanovun o fikri ilə razıyam ki, bu qələbə hələ heç nə demək deyil. Bir qədər cəsarətlənib proqnoz da söyləyə bilərəm. Nədənsə mənə elə gəlir ki, “Olimpiakos”la ev oyunu ağdamlılar üçün daha çətin olacaq. Dolu tribunalar, çılğın azarkeş dəstəyi, yunanın dizini yerə qoymaq istəyinin doğuracağı gərginlik-pressinq... Belə vəziyyətdə ən vacib məqam budu ki, komanda psixoloji cəhətdən hazırlıqlı olsun, “yanmasın”. Çox ümid edirəm ki, “Qarabağ” evdə də istədiyi nəticəyə nail olacaq. Ən azı bir ümidverici məqam var: Qurban Qurbanov məşqçi, “Qarabağ” isə komanda kimi gözümüzün önündə böyüyür. Ağdamlıların heç kimdən çəkinmədiyi açıq-aşkar görünür, ideal hazırlığın üzərinə illərin də təcrübəsi gəlincə qələbəyə inam artır. Bu başqa məsələ ki, çempion zaman-zaman oyundan qopur, hissənin, oyunun bəzi bölümlərində təşəbbüsü özündən heç də güclü olmayan rəqibə verir. Bax, bunlar mənim üçün düşündücü, Qurbanov üçün narahatlıq doğuran məqamlardı. Ardıcıl iki parlaq qələbə bu qrupda nəinki 2-ci, hətta 1-ci yeri tutmaqla bağlı da ümidlərimizi artırdı. Təbii ki, Avroliqanın qrupunda 1-ci və 2-ci olmaq arasında fərq böyükdü. Yəqin Qurban bəy və yetirmələri də bu fərqin fərqindədilər. Odu ki, ancaq irəli! Yunan Bakıda da yanmalıdı!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

13-04-2022, 15:0

"Qurban hoca ilə qürur duyur və fəxr edirik" - Tahir Gözəl

Ölkə futbolu

26-05-2022, 22:0

Oxucular Qurban Qurbanovun uğurlarının sirrini nədə görür? – SORĞU

Aktual
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Son xəbərlər
  • Bu gün, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Bu gün, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Bu gün, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Bu gün, 17:44
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 135
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə