"Marsel"in hücumçusu Amadu Dienq Belçika klubundan imtina edib.
O, "Antverpen"in təklifinə rədd cavabı verib. Belçika klubu futbolçuya kifayət qədər çox oyun vaxtı və yüksək maaş təklif etsə də, bu, Dienqin diqqətini çəkməyib. Oyunçuya 7 milyon avro təklif olunub.