Konfrans Liaasinin 2-ci təsnifat mərhələsində "Neftçi" "Ari's"ə məğlub olub.
Football-plus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Aleksey Şpilevski qələbəni şərh etdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:
"Azarkeşlərimizə təşəkkür edirəm. Gözlədiyiniz oyun alındı. Oyunun əvvəlində bir qədər əsəbi idik. Görüşə nəzarət etmək istəyirdik. Bir qədər sonra istəyimizə çatdıq. Bundan sonra tam nəzarəti ələ keçirdik. Fasilədən sonra daha çox fərqlənə bilərdik. Ancaq matçın son 10 dəqiqəsində əziyyət çəkdik. Bu məqam bizi razı salmır. İndi bütün diqqətimizi cavab görüşünə yönəltməliyik. Bəli, 2:0 yaxşı nəticədi, amma arxayınlaşmaq olmaz. Bakıya gedəcəyimiz günü gözləyirəm".
-
Son dəqiqədə qoldan istifadə edə bilmədiz və məyusluğunuz aşkar hiss edildi. Narahat deyilsiz ki, bu səhv Bakıda həlledici ola bilər?- İnanıram ki, yox. Məsələ tək bu epizodda deyil. Rəqibə hörmətlə yanaşırıq, ancaq qeyd etməliyəm ki, çox, lap çox qol şansını qaçırdıq. Məyusluq ümumi istifadə edilməyən epizodlardan idi.
- Bu cür zəif rəqib gözləyirdiz?- Rəqibi kiçiltmək istəmirəm. Məncə, bakılılara göz açmağa biz imkan vermədik. Azərbaycanlıların oynaya bilməməsinin səbəbkarı biz idik.