• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şəhid qoxuyan forma

Ölkə futbolu

10-07-2022, 18:0

Hələ ki cavanam budu təsəllim
Baxan saçımdakı qaradan bilir
Yol hardan başlanır, özümə bəlli
Yol harda bitəcək, yaradan bilir

Bu misralar görkəmli Azərbaycan şairi Zəlimxan Yaquba məxsusdu. Zəlimxan Yaqub da, onunla eyni dövrdə yaşayanlar da, ondan öncə yaşayanlar da, bu gün yaşayanlar da, bizdən sonra yaşayacaq adamlar da bu sual ətrafında var-gəl ediblər və edəcəklər. Həyat nədi? Mənə görə həyat beşikdən qəbrə olan yolda etdiyimiz əməllərdir. Nə qədər yaşamağın yox, necə yaşamağın önəmlidi. Bəzən çox uzun ömür sürüb, heç nə ilə xatırlanmaya bilər, bəzən çox az ömür sürüb bu qısa ömrə qəhrəmanlıqlar sığışdıra bilərsən. İlqar kimi...
İlqarın həyatı təbiətin oyanış vaxtı ilə başladı. Dağların qarının əridiyi, ağacların çiçəklədiyi, insanın yaşamağa həvəsləndiyi vaxt gəldi dünyaya qundaqdakı qəhrəman. Adını İlqar qoydular. Bu ad özü-özlüyündə insana bir məna yükləyir. İlqar həm vəd vermək, həm də əhd bağlamaq deməkdi. Balaca İlqarın da əhdi elə vətəni ilə oldu. Bəlkə də elə izaholunmaz bir bağlılıq, yazılara sığmayan bir ilahi qüvvə onu və ailəsini qısa zamanda gətirdi Moskvadan vətənə. Qəhrəmanlar yurdu, Nizaminin mürəkkəbinin axdığı, Cavad xanın nərəsinin hələ də qulaqlarda cingildədiyi, tarix qoxuyan küçələri, min illərin şahidi olan Kəpəzi, dağlar gözəli Göy-Gölü ilə salamladı Gəncə öz beşikdə olan qəhrəmanını. Meşələrində gəzdi, yıxıldı-durdu, dizləri qanadı, amma bütün bunlar böyüməyi, indidən çətinliyə alışmağı öyrətdi İlqara.
İlqarın və ailəsinin Bakıya köçü məktəbə başlaması ilə üst-üstə düşdü. Lap uşaq yaşlarından həmyaşıdlarından seçilən İlqar həmişə bir addım öndə olmağı, ədalətli və olğun bir insan kimi davranmağı sevdi.
Bəzən ailən, böyüklərin, bacı-qardaşın səninlə bağlı planlar qurur, arzular diləyir. Amma onlar bilmirlər ki, qəhrəmanlar seçilmiş adamlardı və onların taleyinin yaşananlarla heç bir əlaqəsi yoxdu. Onlar hələ dünyaya gəlməmiş fövqəlbəşər olaraq seçiliblər, bu dünyaya öz həyatlarını yaşamaq üçün yox, vətən üçün, böyük bir hadisənin icraçıları kimi gəliblər. Onlar adi insanlar deyil, onlar gözəgörünməzlərdi, onlar hər zaman bizim içimizdə olsalar da, bizim hiss edib, görə bilmədiklərimiz, amma daim yaşayanlardır. İlqar kimi...
Atası övladlarına çox bağlı olub. İlqarı və Tamerlanı göz bəbəyi kimi qoruyub, onların pis vərdişlərdən uzaq olması, vətənə, dövlətə layiq vətəndaş kimi yetişməsi üçün bütün qara saçlarını ağardıb. Məktəblə yanaşı, peşəkar idmana – futbola yönəldib İlqarı…
Hər şey olacağına varır deyirlər, niyyətin hara, mənzilin də oradı. Azərbaycanda bu qədər futbol akademiyaları, məktəblər olduğu halda, İlqar “Vətən”ə gəlir, “Vətən” Futbol Klubuna, uşaqlıqdan “Vətən”i seçir, “Vətən olur”. Qısa zaman kəsiyində U-19 milli komandasına qədər yüksəlir, “Zirə” Futbol Klubuna keçir, amma vətənə xidmət yaşı çatanda, hər şeydən vaz keçir, vətəni seçir.
“Vətənə xidmət, vətəndaşlıq borcunun yerinə yetirilməsi bütün ali çempionluqlardan üstündür” deyərək hərbi xidmətə yollanır. Onun hərbiyə marağının artması 2016-cı ilin aprel döyüşləri ilə birbaşa bağlıdı. Azərbaycan hərb tarixində xüsusi yeri olan aprel döyüşləri əksər azərbaycanlı gənc kimi, İlqarın da içində olan Azərbaycan oğluna xas döyüşçü qanını cuşa gətirir.
Atası Vüqar Bürcəliyevin dilindən: “Hərb sıralarına qoşulanda içimdə narahatlıq yox idi. İlqarın orduda ona tapşırılan işin öhdəsindən layiqincə gələcəyinə əmin idim. Aprel döyüşlərindən sonra onun bütün arzuları, istəyi hərb ilə bağlı idi. Dostları arasında danışanda, sosial şəbəkə paylaşımlarında hər zaman bir əsgər kimi çıxış edirdi. Arzusuna çatdı, əsgər oldu və onun hər zaman xoş xəbərlərini eşitdik. Onunla son danışığım sentyabrın 27-də oldu” (gözləri dolur - E.A.).


Bəli, məhz o tarixi 27 sentyabr günündə. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuz məhz 27 sentyabrda, dan yeri söküləndə başlamışdı tarixi torpaqlarımızı azad etməyə. 19 illik həyatının bütün ilmələrində bu vətən üçün doğulduğunu həm göstərən, həm də ilahi elementlərlə hiss edən İlqar da bu unudulmaz oğulların sırasında idi. Məhz həmin tarixdə dünya Azərbaycanın dəmir yumruq ətrafında necə birləşdiyinə şahid oldu. Əsgərimiz cəbhədə silahı ilə, müəllimimiz sinif otağında vətən dərsi ilə, təqaüdçümüz öz pulunu əsgərə göndərməsi ilə, adi vətəndaş hərbi maşınlara su atması ilə, analarımız namaz üstə duaları ilə, azarkeşlər tribunadakı şüarları ilə, qazilərimiz köhnə formalarının tozunu silməklə bütöv Azərbaycan formalaşdırdılar. Məhz bu birlik, məhz bu əzm, məhz bu döyüş meydanındakı dönməzlik, iradə bizi 44 günlük Vətən müharibəsində dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. Kimi 44 gün döyüşdü, kimi 20 gün, kimi 1 gün, kimi bir neçə saat, onlar bu tarixi öz qanları ilə tarix kitabına yazdılar, tarix oldular. İlqar kimi...
“Şəhid qanı düşən torpaq vətən olur” deyirlər. Amansız döyüşlərin getdiyi vaxt yaralı İlqar 45 dəqiqə sağ qalır ki, bu da futbol oyunun 1 hissəsi deməkdi. Onun həyatı da məhz 1 hissə oldu, amma 1 hissə ərzində tarixin 1 parçasına çevrildi, vətənə layiq qəhrəman, ailəsinə layiq bir oğul olduğunu sübut etdi.
Atası Vüqar Bürcəliyevin dilindən: “Mənə son sözü “haqqını halal elə, anama heç nə demə. Mənimlə fəxr et” oldu. Son dəfə danışdım oğlumla. Deyirlər ana-ata ürəyi çox həssas olur. İlqarın vurulduğu an anasının evdə ürəyi gedib, mən də evdə deyildim, oğlum Tamerlan mənə zəng elədi ki, anamın ürəyi getdi. Nə isə, özümü çatdırdım, hər şey yaxşı bitdi. Sentyabrın 28-də mənə tanımadığım nömrədən zəng gəldi ki, hərbi komissarlığa yaxınlaşın, danışmalıyıq. Məhz bu cümlədən sonra elə bil ürəyimdən bir şey qırılıb düşdü, mənə zəng gələn an həyat yoldaşım marketə getdiyi yolda özündən gedib, bütün bunlar izah oluna bilinməyəcək qədər sirli məqamlardı. Hərbi komissarlığa çatanda artıq həyatım alt-üst olmuşdu, təkcə onu xatırlayıram ki, “şəhidi Bakıya gətirək, yoxsa Gəncəyə” sualına “Gəncəyə aparın, mənim axırım oradı” cavabını vermişəm. Onun üçrəngli bayrağımıza bükülmüş tabutunu açıb, balamı sonuncu dəfə görmək istədim, çox məsum idi, üzündə qəribə bir təbəssüm vardı. Beləcə, İlqar şəhid oldu, İlqar tarix oldu, İlqar bütün Azərbaycanın oğlu oldu”.
Şəhid qoxuyan forma

Bəli, İlqar şəhid oldu, İlqar tarix oldu. Tarixi məhz İlqar kimi oğullar yazır, tarix isə onları heç vaxt unutmur.
Tarix 8 noyabr, 2021-ci il. Futbolçular stadiona “ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN” yazılmış formalar və İlqar Bürcəliyevin əsgər formasında olan maketi ilə çıxırlar. İlqarın maketi vaxtilə birgə, çiyin-çiyinə oynadığı Cəlal Hüseynovla yenə çiyin-çiyinə dayanır və bütün stadion “şəhidlər ölməz, vətən bölünməz” şuarını səsləndirib, “başını dik tut, şəhid atası” çağırır. O maket indi Bürcəliyevlər ailəsinin evinin ən əziz yerindədi, qardaşı Tamerlanın qazandığı medal həmin maketin boynundan asılıb, Müzəffər Ali Baş Komandanın təltif etdiyi “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları həmin maketin sinəsindədi, o maket bir ailənin məsləhət yeri, bir atanın dayağı, bir ananın göz yaşlarının axıb-axıb quruduğu təsəlli yeridi. Qəhrəman şəhidin ailəsinin indi ən böyük təpər yeri altında qurumuş torpağı qalan idman ayaqqabıları, diplomları, şəhid qanı qoxuyan oyun formasıdı. İndi qardaşı kürəyində o möhtəşəm zəfərin başladığı 27 rəqəmini, öz adı ilə yanaşı, həm də İlqar adını daşıyır. İlqar hər zaman onlarladı, İlqar həmişə bizimlədi. 19 illik ömürünü dastana döndərən İlqar gələcək nəsil üçün bir məktəbə çevrildi. Hər zaman ruhən bizimlə olan İlqar və onun kimi şəhidlər Azərbaycanın yeni zəfər tarixini öz qanları ilə yazdılar, tarix oldular, vətən oldular, şəhid oldular, amma bizə bütöv bir Azərbaycan verdilər. Yaşasın bütöv Azərbaycan!
Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdı dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər... (S.Vurğun)

ELGİZ ABBASOV
Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim olunur.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2022, 10:0

''Dəbdəbəli həyat mənlik deyil'' - Mane

Aktual
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
“Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
Son xəbərlər
  • Bu gün, 00:20
    Mahir şans qazanmadı, komandası böyük hesabla uduzdu
  • Dünən, 23:59
    Qapıçı axtarışında olan ''Beşiktaş'' öz qapıçısını da itirə bilər
  • Dünən, 23:34
    "Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
  • Dünən, 23:15
    “Fənərbaxça” 90+8-ci (!) dəqiqədə qələbəni əldən verdi
  • Dünən, 22:39
    “Barselona” inadından dönmür
  • Dünən, 22:03
    “Hörmətlə yanaşın, son dəqiqələr haqda danışmaq istəmirəm” – Vitali Vernidub
  • Dünən, 21:50
    “Ofsayd idisə, ofsayd idi” - Rəşad Sadıqov
  • Dünən, 21:42
    Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
  • Dünən, 21:30
    "Turan Tovuz" qalib gəldi, "Neftçi" Zirədə xal itirdi - YENİLƏNİB
  • Dünən, 21:27
    "Zirə"nin futbolçusu mükafatlandırıldı
  • Dünən, 21:00
    İmran Məhərrəmov Avropa Liqasına təyinat aldı
  • Dünən, 20:38
    "Çox vacib və çətin qələbə qazandıq" - Kurban Berdiyev
  • Dünən, 20:17
    "Tam şəkildə məsuliyyəti üzərimə götürürəm" - Andrey Demçenko
  • Dünən, 19:53
    “Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
  • Dünən, 19:14
    "Qarabağ" üçün son şans - Dambrauskas Qurban Qurbanovun işini bitirə biləcəkmi?
  • Dünən, 19:03
    "Zirə" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 18:55
    "Qarşılaşmaya tam hazırıq" - Siyasət Əsgərov
  • Dünən, 18:07
    “DH Volley” voleybol meydançası inşa etdi
  • Dünən, 18:01
    “Barselona” çempionluğa doğru daha bir addım atdı - İCMAL
  • Dünən, 17:14
    Hidayət Heydərov finalda uduzdu - AÇ
  • Dünən, 16:43
    Millimiz Gürcüstana da uduzdu
  • Dünən, 16:23
    Çempionluq artıq MS üçün əlçatmaz deyil - İCMAL
  • Dünən, 15:51
    "Araz-Naxçıvan" - "Turnəan Tovuz": START HEYƏTLƏRİ
  • Dünən, 15:20
    “Bavariya” 54 illik rekordu sona 5 tur qalmış yenilədi! - İCMAL
  • Dünən, 14:59
    “Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
  • Dünən, 14:43
    Hidayət Heydərov 6-cı dəfə Avropa çempionatının finalında
  • Dünən, 14:33
    “Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
  • Dünən, 14:08
    “Dinamo” da xal itirdi, “Şaxtyor” da - İCMAL
  • Dünən, 13:43
    Lənkəranda UEFA C kursu keçirildi
  • Dünən, 13:25
    “Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
  • Dünən, 13:10
    “Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
  • Dünən, 12:57
    Hidayət Heydərov yarımfinalda - AÇ
  • Dünən, 12:29
    "Qarabağ" azarkeşlərə müraciət etdi
  • Dünən, 11:58
    Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
  • Dünən, 11:39
    AFFA-da növbəti seminar
Daha çox
Oxunub: 225
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 142
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 136
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 129
"Qarabağ"ın "dirəy"i gedir! - Zubirin yeni klubu açıqlandı
Oxunub: 129
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 117
Tural Qurbanov da “özünü yandırdı” – səhvsiz FİFA referisi qalmadı...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə