• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“18 yaşlı futbolçu topu düz qəbul edə bilmirsə, günahı kimdə axtarmalıyıq?”

Ölkə futbolu

10-07-2022, 16:0

Bu ilin yazında Qazaxıstan “Turan”ından ayrılan Vaqif Cavadovun “Sumqayıt”ın U-19 komandasını çalışdıracağını xəbər vermişdik. Gənc mütəxəssis artıq işinin başındadı və “kimyaçılar”ın yeniyetmələri ilə məşqlərə başlayıb. Onunla elə “Kapital Bank Arena”nın ehtiyat meydanında, məşq başa çatandan sonra söhbətləşdik.
- Bir həftəyə yaxındı hazırlığa start vermisiz. İlk təəssüratınız necədi?
- Ötən illərlə müqayisədə bu yay hazırlığa daha erkən başlamalı olduq. AFFA-dan xəbər gəldi ki, avqustun 13-də U-19 liqası start götürəcək. 5 gündü məşqlər gedir. Çatışmazlıqlar yetərincədi ki, onları aradan qaldırmaq üçün səylə çalışmalıyıq.
- Əksər mütəxəssislər ildən-ilə aşağı yaş qruplarında səviyyənin aşağı düşməsindən gileylənir. Doğrudanmı belədi?
- Kateqoriya almaq üçün məşqçi kurslarına qatıldığım vaxt bir müddət “Sumqayıt”ın U-16 komandasında işlədim. Həmin yaş qrupunda yaxşı uşaqlar var idi. 2006-07 doğumlu yeniyetmələr pis təsir bağışlamırdı. İndi isə komandam 2004-05 təvəllüdlü uşaqlardan qurulub. Bilirsiz, hər şey təməldən asılıdı. İki-üç il əvvəl məşqçilərin uşağa öyrətməli olduğu bəzi detalları məcbur olub indi onlara başa salıram. Söylədiklərim təkcə “Sumqayıt”a aid deyil. Bakı klublarında da eyni mənzərəyə şahidlik edirik. Bizim gənclər yaşına görə texniki-taktiki cəhətdən axsayır. Elə nüanslar var ki, onu uşağa 10-11 yaşda izah etmək, öyrətmək lazımdı. Təəssüf ki, əksər məşqçilər bunu etmədiyindən məcbur olub 19 yaşda hər şeyə sıfırdan başlayırıq. Bu isə əlavə vaxt itkisidi. 19 yaşlı gənc böyük futbol barədə düşünməlidi. Ancaq düzgün top saxlamağı, ötürmə verməyi, zərbə vurmağı bacarmadıqlarından qızıldan qiymətli zamanı itirirlər. Taktiki bilikləri də çox aşağıdı.
- Sözlərinizdən belə çıxır ki, gənclərimizin inkişaf etməməsi təməlin düzgün qoyulmamasından və uşaq məşqçilərinin düzgün işləməməsindən irəli gəlir.
- Bəli, səbəb məhz budu. 18 yaşlı futbolçu topu düz qəbul edə bilmirsə, günahı kimdə axtarmalıyıq? Düz danışmaq lazımdı. Futbolçunu zavodda çalışan mühəndis yetişdirmir ki... Uşaq məşqçilərinin bir çoxu işinə laqeyd yanaşır, məqşlərdə ürəklə çalışmır. Bunun acı nəticəsi yuxarı yaş qruplarında özünü göstərir.
- “Sabah” yeni mövsümdə əvəzedici komandanın olmayacağını bildirib. Yayılan söz-söhbətə inansaq, bəzi klublar da onların yolu ilə getmək istəyir. Bu məsələyə münasibətinizi bilmək istərdik. Əvəzedicilərin olmaması düzgün qərardı, yoxsa “ikincilər” olmalıdı?
- Fikrimcə, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə”, “Qəbələ” kimi klublarda əvəzedici komandanın olması vacibdi. Bu gün premyer-liqada limit “7+4” şəklindədi. Belə olan halda yerli gənclər harda oynamalı, oyun təcrübəsi qazanmalıdı? 22, 23, 24 yaşlı futbolçu harda, hansı çempionatda oynasın? Belə çıxır ki, həmin gənclər futbolu atmalıdı. Bildiyim qədər “Sabah” əvəzedici komandanın üzvlərini premyer-liqa və divizion təmsilçilərinə icarəyə verib. Yəni onlar üçün oynamağa komanda var. Bəs qalan klubların gəncləri? Bir tərəfdən aşağı dəstədə limiti ləğv edib guya səviyyəsini qaldırırıq, o biri tərəfdən də absurd qərarlarla gənclərin yolunu bağlayırıq. Ümumiyyətlə, elə etmək lazımdı ki, futbolçu birinci diviziona üz tutanda utanmasın. Aşağı dəstə komandalarında elə maaş olmalıdı ki, gənclər, elita ilə vidalaşan təcrübəli futbolçular butslarını mismardan asmamış bir-iki il də divizionda oynasın. Onda futbolumuzun inkişafından danışa bilərik. Premyer-liqa ilə aşağı dəstə arasında kəskin səviyyə fərqi olmamalıdı.
- “Qarabağ”ın “Lex”lə ilk oyununu izləmisiz. Poznandakı matçda komanda necə təsir bağışladı? Cavab görüşü ərəfəsində şansları dəyərləndirərdiz...
- Əvvəlcə onu bildirim ki, “Qarabağ” səfərdə heç də pis təsir bağışlamadı. 40-cı dəqiqəyə qədər isə üstünlük tam Qurban Qurbanovun komandasının tərəfində idi. Unutmayaq ki, “Lex” də sıradan komanda deyil. Polşa çempionuna “zəif” damğası vurmaq düzgün olmaz. Vurduqları qol komandanın səviyyəsindən xəbər verir. Təktoxunuşlu ötürmələr hesabına qurulan sürətli hücum bunun bariz göstəricisidi. Ancaq səfərdə minimalhesablı məğlubiyyəti faciə kimi qəbul etmək olmaz. Ola bilsin, mövsümün ilk rəsmi matçında “Qarabağ”ın bəzi futbolçuları, daha dəqiq desəm, Kadi ilə Veşoviç bir qədər özlərinə bənzəmədilər ki, bu da təmsilçimizin çıxışına təsir göstərdi. İnanıram ki, ilk görüşdə rəqibi daha yaxından tanıyan Qurban müəllim Bakıda onlara sürpriz hazırlayacaq, doğma azarkeşlər önündə yeni taktiki gedişlər edəcək. “Lex” nə qədər güclü olsa da, keçiləsi rəqibdi və ümid edirəm ki, “Qarabağ” mərhələni adlayan tərəf olacaq.
RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

2-06-2022, 15:0

Vaqif Cavadovun yeni iş yeri bəlli oldu – ÖZÜ AÇIQLADI

Manşet

28-06-2022, 12:0

“Sumqayıt” ilk yoxlama oyununu bu komandaya qarşı keçirəcək - ÖZƏL

Aktual
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
“Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
Son xəbərlər
  • Bu gün, 00:20
    Mahir şans qazanmadı, komandası böyük hesabla uduzdu
  • Dünən, 23:59
    Qapıçı axtarışında olan ''Beşiktaş'' öz qapıçısını da itirə bilər
  • Dünən, 23:34
    "Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
  • Dünən, 23:15
    “Fənərbaxça” 90+8-ci (!) dəqiqədə qələbəni əldən verdi
  • Dünən, 22:39
    “Barselona” inadından dönmür
  • Dünən, 22:03
    “Hörmətlə yanaşın, son dəqiqələr haqda danışmaq istəmirəm” – Vitali Vernidub
  • Dünən, 21:50
    “Ofsayd idisə, ofsayd idi” - Rəşad Sadıqov
  • Dünən, 21:42
    Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
  • Dünən, 21:30
    "Turan Tovuz" qalib gəldi, "Neftçi" Zirədə xal itirdi - YENİLƏNİB
  • Dünən, 21:27
    "Zirə"nin futbolçusu mükafatlandırıldı
  • Dünən, 21:00
    İmran Məhərrəmov Avropa Liqasına təyinat aldı
  • Dünən, 20:38
    "Çox vacib və çətin qələbə qazandıq" - Kurban Berdiyev
  • Dünən, 20:17
    "Tam şəkildə məsuliyyəti üzərimə götürürəm" - Andrey Demçenko
  • Dünən, 19:53
    “Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
  • Dünən, 19:14
    "Qarabağ" üçün son şans - Dambrauskas Qurban Qurbanovun işini bitirə biləcəkmi?
  • Dünən, 19:03
    "Zirə" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 18:55
    "Qarşılaşmaya tam hazırıq" - Siyasət Əsgərov
  • Dünən, 18:07
    “DH Volley” voleybol meydançası inşa etdi
  • Dünən, 18:01
    “Barselona” çempionluğa doğru daha bir addım atdı - İCMAL
  • Dünən, 17:14
    Hidayət Heydərov finalda uduzdu - AÇ
  • Dünən, 16:43
    Millimiz Gürcüstana da uduzdu
  • Dünən, 16:23
    Çempionluq artıq MS üçün əlçatmaz deyil - İCMAL
  • Dünən, 15:51
    "Araz-Naxçıvan" - "Turnəan Tovuz": START HEYƏTLƏRİ
  • Dünən, 15:20
    “Bavariya” 54 illik rekordu sona 5 tur qalmış yenilədi! - İCMAL
  • Dünən, 14:59
    “Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
  • Dünən, 14:43
    Hidayət Heydərov 6-cı dəfə Avropa çempionatının finalında
  • Dünən, 14:33
    “Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
  • Dünən, 14:08
    “Dinamo” da xal itirdi, “Şaxtyor” da - İCMAL
  • Dünən, 13:43
    Lənkəranda UEFA C kursu keçirildi
  • Dünən, 13:25
    “Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
  • Dünən, 13:10
    “Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
  • Dünən, 12:57
    Hidayət Heydərov yarımfinalda - AÇ
  • Dünən, 12:29
    "Qarabağ" azarkeşlərə müraciət etdi
  • Dünən, 11:58
    Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
  • Dünən, 11:39
    AFFA-da növbəti seminar
Daha çox
Oxunub: 228
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 149
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 142
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 137
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 117
Tural Qurbanov da “özünü yandırdı” – səhvsiz FİFA referisi qalmadı...
Oxunub: 114
PFL rəsmisindən AFFA ilə bağlanan müqavilə haqda açıqlama – şərtlər nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə