• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bizim Namik, onların Kalvini - KÖŞƏ

Manşet / Yazarlar

21-06-2022, 10:0

“Həyat bir gündü, o da bu gündü” (Ramil Sədalının məşhur ifasından)

Ötən il avqustun 19-da “Qarabağ” Bakıda “Aberdin”i qəbul edirdi. Qonaq komandanı Şotlandiyaya əliboş yola saldıq. Bizi sevindirən qola Xayme Romero 30-cu dəqiqədə imza atdı. “Qarabağ”ın qol buraxmadan qələbə qazanması bizi tur üçün xeyli ümidləndirdi. Cavab görüşü bir həftədən sonra rəqibin meydanında keçirildi. Bu dəfə nəticə daha sevindirici oldu. Toral Bayramovun hesabı açdığı oyunda “köhlən atlar” 3:1 hesablı qələbəyə sevindi. Sevincimiz yerə-göyə sığardımı? Əlbəttə, sığmazdı. İki görüşdə “Aberdin”i məğlub edən “Qarabağ” Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bununla da daha bir mövsüm Azərbaycan təmsilçisi avrokubokların qrup mərhələsində iştirak etdi.

Bu iki qarşılaşmanı heç də təsadüfən xatırlayıb, sizin də yaddaşınızı təzələmirəm. Məsələ ondadı ki, hər iki görüşdə “Aberdin”in heyətində “Qarabağ”a qarşı Kalvin Ramzi adlı futbolçu meydana çıxmışdı. Həmin vaxt onun cəmi 18 yaşı var idi. “Aberdin”in futbol akademiyasının yetirməsi olan Ramzi müdafiəçidi kimi komandasını “Qarabağ”ın hücumlarından qorumağa çalışsa da, nə Bakıda, nə də doğma meydanda “köhlən atlar”ın hücumçularını dayandırmaq mümkün oldu. Bir məqamı da qeyd edim ki, Ramzi “Aberdin”in əsas heyətində elə ötən ilin martında debüt edib. “Qarabağ”la oyun da daxil olmaqla, ötən il meydana çıxdığı matçlarda təcrübə qazanmağa, futbolçu kimi yetişməyə çalışıb. Hadisələrin sonrakı axarı göstərir ki, Ramzi bunu bacarıb. Özü də yüksək səviyyədə.

İndi həmin Ramzi, bilirsiz, hardadı? Bəli, Mersisaydda! Bu barədə məşhur “Sky Sports” nəşri yazıb. Gələn ayın sonunda 19 yaşını tamamlayacaq müdafiəçi “Liverpul”un maraq dairəsinə düşüb və Yürgen Kloppun çalışdırdığı məşhur komanda onu müqavilə bağlamaq üçün dəvət edib. Gənc futbolçu əvvəlcə tibbi baxışdan keçəcək, daha sonra isə onunla rəsmi müqaviləyə qol çəkəcək. Mövsüm ərzində “Aberdin”in heyətində 39 oyuna çıxmağı bacaran Kalvin “Liverpul”un skautlarının diqqətini cəlb edib, Kloppun da transfer üçün razılığını almağa nail olubsa, onda böyük istedadın olduğu heç şübhə doğurmur. Artıq “Liverpul”la “Aberdin” öz aralarında razılığa da gəliblər. Şotlandiya klubu akademiyasının yetirməsinin transferindən yaxşı pul da qazanacaq. İngiltərə mətbuatı yazır ki, şəxsən Klopp onda böyük potensial olduğunu vurğulayıb və transferin reallaşmasını rəhbərlikdən tələb edib. “Aberdin” əvvəlcə futbolçu üçün 10 milyon funt sterlinq tələb edib. Bu məbləğin yarısı ilkin mərhələdə ödənməli, qalanı isə hissə-hissə “Aberdin”in hesabına köçürülməliymiş. Sonradan tərəflər ortaq məxrəcə gəlib. Ramzinin transferi üçün “Liverpul” 6,5 milyon xərc çəkəcək. 4 milyon funt sterlinqi “Aberdin” dərhal alacaq. Qalan 2,5 milyonu növbəti mərhələdə almaq mümkün olacaq.

Əməlli-başlı fantastikadı. Adam 7-8 ay əvvəl “Qarabağ”a qarşı oynayırdı, özü də hər iki görüşdə meydanı başıaşağı tərk edirdi. İndi dünyanın top-klublarından biri, Çempionlar Liqasının finalçısı onu heyətinə qatmaq üçün milyonlarla xərc çəkir. Bizim Araz Abdullayev Şotlandiyanın gənclər yığmasına qarşı oyunda adından söz etdirib, “Everton”un maraq dairəsinə düşəndə Kalvin Ramzinin 4-5 yaşı olardı, ya olmazdı. İndi Araz hardadı? Bəli, hardasa istirahət edir. Sonra da “Sumqayıt”ın düşərgəsinə gedəcək, məşq edəcək, Azərbaycan premyer-liqasında bir az gününü keçirəcək. Vəssalam. Azərbaycan futbolunun daha bir ulduzu, gələcəyinə böyük ümidlər bəsləyə-bəsləyə qocaldığımız Araz da belə “sönəcək”. Biz də oturub yeni bir Arazın yetişməsini, üzümüzü ağartmasını gözləyəcəyik. Yəqin xəbəriniz oldu, ötən il Türkiyəyə yola salıb, arxasınca su atdığımız Namik Ələskərov da Azərbaycana qayıtdı. “Bursaspor”dan daha yaxşı komandaya gedəcəyini, heç olmasa, Türkiyənin aşağı liqasında möhkəmlənəcəyini düşündüyümüz Namik “Sabah”la müqavilə bağlayıb. Yeni mövsümdən onu da Azərbaycan çempionatında “daha yaxından” izləmək fürsətimiz olacaq. Aşağı-yuxarı bütün futbolçularımız eynidi. Onların həvəsləri də, mübarizə əzmi də, istedadlarının verdiyi imkanlar da müəyyən həddə qədərdi. Onlar üçün həyat bizim premyer-liqa klublarıyla müqavilə bağlamaqdan, burda gün keçirməkdən ibarətdi. Çox təəssüf...

AMAL

Paylaş:
Digər xəbərlər
Aktual
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
“İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Son xəbərlər
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 177
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 145
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 114
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə