“Real” yaxın günlərdə Antonio Ryüdiqerin transferini elan edəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə jurnalist Fabritso Romano “tvitter”də paylaşım edib.
“Çelsi”nin müdafiəçisi mövsüm başa çatan kimi İspaniya klubuna azad agent kimi keçəcək. 28 yaşlı futbolçu 4 illik müqaviləyə imza atacaq.