13 il sonra 13-cü çempionluğu qazandılar

2.05.2022 13:20 585
Dünya futbolu
İsveçrə çempionatında 2021/22 mövsümünün qalibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, "Sürix" 32-ci turda "Bazel"ə səfərdə 2:0 hesabı ilə qalib gəlib. Bu nəticə ilə komanda xallarının sayını 72-ə çatdırıb və çempionluğunu rəsmiləşdirib. "Surix" sona 4 tur qalmış ən yaxın izləyicisi "Bazel"i (56) 16 xal üstələyib.

Bu, klubun tarixində 13-cü çempionluqdu. "Sürix" sonuncu dəfə 2008/09 mövsümündə qızıl medalları qazanmışdı.