"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike "Sivasspor"da het-trik edib.
"Football-plus.az" saytının məlumatına görə, oyunçu Türkiyə çempionatının 29-cu turunda "Adana Demirspor"la səfər matçında (3:2) komandasının üç qolunun da müəllifi olub. Braziliyalı futbolçu 28, 54, 90+2-ci dəqiqələrdə fərqlənməyi bacarıb.
Qeyd edək ki, Enrike 2017/18 mövsümündə icarə qaydasında Ağdam təmsilçisində çıxış edib.