Transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçu ilə anlaşıb.
“8 nömrə” axtarışında olan “dənizçilər” istəyinə çatıb.
Baş məşqçi Şahin Diniyevin “Football-plus.az”a verdiyi məlumata görə, bu mövqeyə israilli yarımmüdafiəçi Gitay Sofir gətirilib. Sofirlə birillik müqavilə imzalanıb. Futbolçu artıq dünəndən düşərgədədi, məşqlərə qoşulub.
Maraq üçün bildirək ki, 24 yaşlı futbolçunun son klubu “Hapoel Akre” olub. O, adı çəkilən İsrail klubunun yetirməsidi.
RÖYANƏ OĞUZ