“Dənizçilər” “gəmi”sinə daha bir legioner cəlb etdi

25.07.2024 20:02 455
Premyer-liqa
“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

“Football-plus.az” xəbər verir ki, bu barədə “dənizçilər”in rəsmi saytı məlumat yayıb. Son klubu “Hapoel Akko” (İsrail) olan Gitay Sofirlə 1 illik müqavilə imzalanıb. 24 yaşlı israilli yarımmüdafiəçi "Səbail"də 5 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Səbail" bu yay Fərid Nəbiyev, Nihat Quliyev, Vüsal Məsimov, Amir Bilali, Dmitri Litvin, Qorka Laruçça, Mert Çelik, Gülağa Əsədov, Əlirza Müştəbəzadə və Ayman Bualini də transfer edib.