"Kəpəz" nigeriyalı futbolçu transfer etdi

26.07.2022 09:41 583
Ölkə futbolu
Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçu ilə rəsmi müqavilə bağlayıb.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, nigeriyalı Abdullahi Şuaybu komandaya keçib. 20 yaşlı yarımmüdafiəçi ilə sonradan artırılması bir il də mümkün olan ikiillik (1+1) müqavilə imzalanıb.

Qeyd edək ki, Şuaybunun son komandası Moldovanın "Saksan" klubu olub.