• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rusiya – Ukrayna müharibəsi ...“Zirə”nin işinə yarayıb - “Şerif” daha...

Ölkə futbolu / Manşet

8-07-2024, 09:0

“Şerif” həmin “Şerif” olsaydı, indi “Zirə”nin və Azərbaycan futbolunun azarkeşləri ah-vay edər, rəqibin gücünə görə təbii qorxu hissi keçirərdilər. “Şerif” həmin “Şerif” deyil, bu üzdən “qartallar”ın da Avropa Liqasında 2-ci mərhələyə adlamaq baxımından ən azı rəqib qədər şansı var.

Belədə oxucuda haqlı sual yarana bilər: görəsən, nə olub ki, bu iki komandanı müqayisə edən hər kəs “Şerif”in zəifləməsindən, məhz buna görə ardıcıl 8 çempionluqdan sonra titulu “Petrokub”a təhvil verməsindən danışır?

Bir qədər sonra mən oxucuların bu sualına aydınlıq gətirəcəm. Amma əvvəlcə bir önəmli statistik məqamı xatırlatmaq istəyirəm: Moldovanın müstəqillik dönəmində keçirilən 33 çempionatının 21-də “Şerif”, 8-də “Zimbru” qalib gəlib, “Konstruktorul”, “Daçiya”, “Milsami” və “Petrokub” hərəyə bir dəfə çempionluğu bayram edib.

Dörd minadan biri – “DMR”
Oxucu-azarkeş sualına cavab vermək üçün siyasətə baş vurmağa məcburam. SSRİ-nin dağılması ilə paralel şəkildə bu coğrafiyada yaşanan çoxlu kiçik münaqişə, qırğınlar öz yerində. Amma özünü SSRİ-nin hüquqi-siyasi varisi sayan Rusiya ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində postsovet məkanı ərazisində həm də 4 “mina basdırdı”, qondarma, separatçı qurumların yaranmasına şərait yaratdı. Şükür Allaha, Azərbaycan təxminən 30 ildən sonra, həm də 35 min qurban bahasına ərazisindəki “minanı zərərsizləşdirdi”. SSRİ-nin daha iki respiblikası - Gürcüstan və Moldova hələ də eyni problemdən əziyyət çəkir. Gürcüstan Abxaziya və Cənubi Osetiya, Moldova isə Dnestryanı problemini həll etmək üçün münasib zaman və tarixi şərait gözləyir.

“Zirə”nin qarşıdakı rəqibi, indiyə qədər də müxtəlif turnirlərdə dəfələrlə Azərbaycan klubları ilə qarşılaşan “Şerif” separatçı qurumun – “Dnestryanı Moldav Respublikası”nın “şah əsəri” və ya ən fərasətli övladı sayılır. Hətta DMR-ə “Şerif” Respublikası deyənlər də çoxdu.

Milisionerin yaratdığı inhisarçı şirkət
1962-ci il doğumlu Viktor Quşan 1993-cü ildə özündən bir yaş kiçik İlya Kazmalı ilə birgə “Şerif” holdinqini yaratdı. SSRİ dövründə milisioner olan, DTK ilə əlaqələri də şübhə doğurmayan Quşan və tərəfdaşı “Dnestryanı”nın rəhbəri İqor Smirnovla anlaşdılar. 1990-cı ilin sentyabrında bu ərazidə yaşayan rusların təhriki və hələ 1956-cı ildə Moldova SSR-in ərazisinə yerləşdirilən 14-cü ordunun dəstəyi ilə müstəqilliyini elan edən separatçı qurumun rəhbəri gələcək oliqarxlara separatçıların nəzarətində olan ərazilərdəki bütün dükanları verdi. Onlar isə həmin dükanları Qərb üslubunda supermarketlərə çevirərək içini leqal və qeyri-leqal yolla əldə olunan mallarla doldurdu. Beləcə “Şerif” supermarkerlər şəbəkəsi yarandı. Bütün ciddi mənbələr belə hesab edir ki, “Şerif”in sərvətinin qaynağı qeyri-qanuni siqaret, alkoqol və ərzaq məhsulları ticarətidi. Mallar əsasən regionun 80 kilometliyində yerləşən Odessa limanı vasitəsilə, qaçaqmalçılıq yolu ilə gətirilir. Belə bir ifadə var: siyasət biznesin kölgəsidi. Separtatçı qurumun ərazisindəki hakim “Yenilənmə” partiyası ilə “Şerif” holdinqi arasındakı münasibətləri bundan yaxşı anladan ifadə yoxdu. Qondarma qurumun parlamentinin bütün üzvləri “Şerif”lə bu və ya başqa şəkildə bağlıdı, Quşanın oğlu Yevgeni də deputatdı. 2016-nın dekabrından separatçılara rəhbərlik edən Vadim Krasnoselskinin seçki kampaniyasını da “Şerif” maliyyələşdirib. Bir sözlə, "Şerif" adi bir futbol komandası deyil, həm də “DMR” ilə Rusiya arasındakı münasibətlərin inkişafına xidmət edən böyük layihədi.

“Şerif” holdinqi təkcə superparmetlər şəbəkəsi işlətmir. Holdinqin tərkibinə yanacaqdoldurma stansiyaları, inşaat şirkətləri, otellər, mobil rabitə şəbəkəsi, likör-araq zavodu, radio və televiziya kanalları da daxildi. “Şerif” qondarma respublikanın iqtisadiyyatının 60 faizinə sahibdi. Oxucu yenə eyni sualı verəcək: belə nəhəng imkanlara malik holdinqin nəzarətində olan klubun maliyyə durumu niyə pisləşsin ki, klub niyə pulsuzluqdan əziyyət çəksin ki?!

Rusiya – Ukrayna müharibəsi separatçıların belini qırıb
Əslində bir qədər əvvəl “Odessa limanı”, “qaçaqmalçılıq” ifadələrini işlətməklə məsələyə dolayısıyla aydınlıq gətirməyə çalışdım. Rusiyanın Ukrayna ərazisini işğal etməklə bağlı planı DMR-in vəziyyətini pis tərəfə dəyişdi. Bildiyiniz kimi, Dnestr çayının sol sahilində yerləşən separatçı qurum cənub-şərqdən Ukrayna ilə həmsərhəddi. Kiyev Rusiyapərəst mövqeyinə, ərazisində Rusiyanın sülhməramlı kontingenti olduğuna (tanış mənzərədi, eləmi?) görə DMR-i real təhlükə mənbəyi kimi görür. Ukrayna 2022-ci ildən bəri bu istiqamətdə sərhədi bağlayıb. Bu isə o deməkdi ki, separatçılar indi idxal-ixrac əməliyyatlarını yalnız Moldova vasitəsilə reallaşdıra bilər. Deməli, Moldovanın də əlinə nəzarət edə bilmədiyi regiona təsir rıçaqı düşüb.

Digər tərəfdən, Odessa ətrafında dağıdıcı hərbi əməliyyatların getdiyindən, şəhərin ən böyük qarşıdurma meydanlarından biri olduğundan xəbərdarsız. Təbii ki, qeyri-leqal siqaret və araq daşıyan heç bir qaçaqmalçı qəfil gülləyə tuş gəlmək istəməz.

Məlum səbəbdən Rusiya artıq Tiraspola əvvəli siyasi-diplomatik dəstəyi verə bilmir. Moskva çox çalışsa da, beynəlxalq danışıqlar planı artıq iflasa uğrayıb: “5+2” (Kişinyov və Tiraspol münaqişə tərəfləri, ATƏT, Rusiya və Ukrayna vasitəçilər, ABŞ və Avropa İttifaqı müşahidəçilər kimi) formatı artıq işə yaramır.

Təbii ki, “Şerif”ə axmaqlar rəhbərlik etmir. Moldova ilə yanaşı, Ukrayna və Rusiyanın da pasportunu daşıyan Viktor Quşan yenilənmiş oyun qaydalarının onun biznes maraqlarına təhlükə yaratmasının fərqindədi. Quşanın Ukraynada daşınmaz əmlakı, maliyyə aktivləri var və qətiyyən Qərbin sanksiya siyahısına düşmək istəmir. Yeri gəlmişkən, qondarma respublikanın rəhbəri Vadim Krasnoselski də Ukrayna pasportuna malikdi. Quşan və ətrafı biznes imperiyasını Qərbə doğru genişləndirmək, Rusiya ilə əlaqələri zəiflətmək niyyətindədi. Amma bunun üçün işlək mexanizmlər tapmaq lazımdı. Hələ ki tapmayıb və imperiyası zəifləməkdədi. Nəticə etibarı ilə Rusiya – Ukrayna müharibəsi böyük insani faciələrə səbəb olmaqla yanaşı, dolayısı ilə “Zirə”nin işinə yarayıb. Belədə adam heç bilmir ki, sevinsin, yoxsa kədərlənsin?! Rəşad Sadıqovun komandasının üzərinə düşən vəzifə meydana çıxmaq və bu mərhələni adlamaqdı. “Şerif” bəlkə də heç vaxt avrokuboklar uğrunda mübarizəyə indiki qədər zəif formada qatılmayıb.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

27-06-2024, 11:0

"Şerif" "Petrokub"la heç-heçə etdi

Ölkə futbolu / Manşet

20-06-2024, 14:0

"Şerif" "Qarabağ"a belə yetərincə başağrısı olub, nəinki "Zirə"yə... - menecerdən bədbin proqnoz

Dünya futbolu

29-04-2022, 23:0

"Şerif" 20-ci dəfə Moldova çempionu oldu

Dünya futbolu

22-06-2024, 12:0

Xorvat qapıçı “Şerif”dən ayrıldı

Dünya futbolu

23-06-2024, 14:0

"Şerif" heç-heçə etdi və qapıçı aldı

Ölkə futbolu

26-06-2024, 14:0

"Şerif" - "Zirə" matçının hakimləri açıqlandı

Aktual
“Sabah”ın matçını bu kanal göstərəcək
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Son xəbərlər
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 93
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə