Xorvat qapıçı “Şerif”dən ayrıldı

22.06.2024 12:58 307
Dünya futbolu
Azərbaycanda olduğu kimi, Moldovada da futbol mövsümü avqustun ilk günlərində start götürəcək.

Ardıcıl 8 çempionluqdan sonra 2023/24 mövsümündə “Petrokub” qarşısında “ağ bayraq qaldıran”, “Zirə”nin Avropa Liqasının 1-ci mərhələsindəki rəqibi olan “Şerif” hazırlığa çox erkən – iyunun 5-də başlayıb. Son mövsümü Tiraspol klubunda icarə əsasında keçirən xorvatiyalı qapıçı Toni Siliç artıq düşərgədə yoxdu.

“Football-plus.az” xəbər verir ki, o artıq Split “Hayduk”unun düşərgəsində məşq edir. Xorvatiya klubunun saytı 20 yaşlı qapıçını yeni mövsümün hazırlığına qatılanlar arasında göstərib.

Siliçin Moldova çempionatının son mövsümündə “Şerif”in heyətində 12 oyuna çıxdığını da xatırladaq.