"Şerif" heç-heçə etdi və qapıçı aldı

23.06.2024 14:50 322
Dünya futbolu
"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şerif" boş dayanmır.

Moldova klubu premyer-liqanın yeni mövsümüylə yanaşı, "qartallar"la qarşılaşmalara da hazırlaşır.

"Football-plus.az"ın məlumatına görə, komanda iyunun 5-də başlayan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu geridə rəqib qoyub. Yuri Quranın komandası Moldova çempionatının son mövsümünü 4-cü yerdə bitirən "Milsami"ylə üz-üzə gəlib ki, matçda hesab açılmayıb. Yeri gəlmişkən, bu qarşılaşma komandanın 1 ildən çox zədəli olan üzvü Abu Yattaranın yenidən meydana çıxmasıyla əlamətdar olub. “Şerif” iyunun 26-da çempion "Petrokub"la qarşılaşacaq.

Həmçinin "Şerif"in xorvatiyalı qapıçı Toni Siliçlə yolları ayırdığını xəbər vermişdik. Tiraspol təmsilçisi dünən bu boşluğu aradan qaldırıb - Malta millisinin üzvü Rəşid Əl-Tumi ilə müqavilə bağlayıb. 23 yaşlı qolkiperlə anlaşmanın detalları açıqlanmayıb.

KƏNAN BAHADIR