"Şerif" 20-ci dəfə Moldova çempionu oldu

29.04.2022 23:37 518
Dünya futbolu
Moldova çempionatında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

"Football -plus.az" xəbər verir ki, "Şerif" 26-cı turda səfərdə "Dinamo-Avto"nu 3:0 hesabı ilə məğlub etməklə qızıl medallara sahib olub.

Bu qələbədən sonra xallarını 66-ya çatdıran Tiraspol təmsilçisi sona 2 tur qalmış ən yaxın izləyicisi "Petrokub"u 10 xal qabaqlayıb.

Bu, "Şerif"in tarixində 20-ci ölkə çempionluğudur.