“Tottenhem”in forvardı Harri Keyni PSJ-nin heyətində çıxış etmək variantı maraqlandırmır.
“Football-plus.az” xəbər verir ki, 29 yaşlı futbolçu parislilərlə hətta danışıq aparmaq fikrində də deyil. Artıq PSJ “Yuventus”dan Duşan Vlahoviçi almaq üzərində daha ciddi düşünə bilər. Hazırda İngiltərə yığmasının kapitanının karyerasını davam etdirməklə bağlı iki variantı var: “Tottenhem”də qalmaq və ya “Bavariya”ya keçmək.
Bir neçə gün əvvəl PSJ-nin Münhen klubuna keçidi baş tutmasa, ingiltərəli ulduza görə ən azı 100 milyon avro təklif etməyə hazırlaşmasıyla bağlı xəbər yayılmışdı. Keynin “Tottenhem”lə müqaviləsinin müddəti gələn ilin yayında bitir.