• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Elə adamlar var ki, “Milan” kimi böyük klubda qərar tutur, amma onun tarixinə layiqincə hörmət etmirlər”

Dünya futbolu

11-12-2023, 22:0

İyunun əvvəlində Paolo Maldininin “Milan”dan ayrılması İtaliya futbol ictimaiyyətində böyük rezonans doğurmuşdu.

"Football-plus.az" xəbər verir ki, klubun sahibi Cerri Kardinale onu texniki direktor vəzifəsindən azad etmiş, Federiko Massara isə idman direktoru postundan qovulmuşdu. O vaxtdan istefaya göndərilməsi ilə bağlı suallardan yayınan Maldini, nəhayət, bu həftə susqunluğa son qoyub. “Milan”ın 55 yaşlı sabiq müdafiəçisi, bütün karyerasını (1984-2009) qırmızı-qara formada keçirən əfsanəvi futbolçu klub rəhbərliyinin ünvanına tənqidi fikirlər səsləndirib.

- İstefaya göndərilməyinizdən 6 ay keçib. Bu qədər susqun qalmağınızın səbəbi nədi?
- Əks halda həddən artıq emosional fikirlər səsləndirə bilərdim. İndi uzun müddət ötəndən sonra vəziyyəti sakitcə təhlil etmək imkanı yaranıb. Ədalətli olmağı, məsuliyyəti üzərimə götürməyi xoşlayıram. Amma vəziyyət və hadisələrə real baxılmasını və düzgün qiymət verilməsini istərdim. Mənə 2018-ci ildə zəng edən Leonardoya, klub rəsmisi kimi ilk müqaviləni imzalamaq imkanı verən “Elliott Management” fonduna və bir sıra çətinliklərlə də olsa, mənimlə əməkdaşlığın müddətini artıran “RedBird” şirkətinə ömrümboyu minnətdar olacağam. 5 illik fəaliyyətim dövründə çox şey öyrəndim, həmişə xatırlayacağım şəxsi və peşəkar planda münasibətlərim yarandı. Mənim üçün real görünməyən fərqli rola sahib oldum. Bilindiyi kimi, ümumi fikrə əsasən, hər əla futbolçu futbolun idarəetmə sahəsində uğura nail ola bilmir.
- Sizi rəhbərlikdən narazı salan əsas məsələ nə idi?
- Elə adamlar var ki, “Milan” kimi böyük klubda qərar tutur, amma onun eyniliyinə və tarixinə layiqincə hörmət etmirlər. Onlar məsuliyyət hiss etmir və yeni fanat nəslinə müsbət nəsə verməyə də can atmırlar. Belə rolda çox vaxt böyük, nüfuzlu və populyar kluba həm də öz imicini gücləndirmək məqsədi ilə gələn və bir müddət sonra harasa gedən menecerlər çıxış edirlər. Bir də klubun bütün həyatı ilə qayğılanan, onun uzun illər ərzində yaşıl meydanda və ondan kənarda əsas tutduğu ideallarına sıx bağlı olan adamlar var. Təəssüf ki, müasir peşəkar futbolda ilk tipə daxil olanların sayı getdikcə artır. Mənim fikrimcə, biz idealların daşıyıcılarına üstünlük verməli, onları klub dəyərlərinin və eyniliyin müdafiəsi üçün işə cəlb etməliyik.
- “Milan”ı tərk etməli olacağınızı gözləmirdiniz?
- Klub 1,2 milyard avroya satılmışdısa, bu qədər pulu ödəyən yeni sahiblərin təşkilati strukturu dəyişmək istəməsi onların haqqıdı. Amma hətta bu halda belə metodlar vacibdi, bəzi şəxslərə və onların klubda oynadıqları rola münasibətdə isə çox iş tərsinə getdi. Yəqin ki, bunu deyə bilərəm: mənim “Milan”a məhəbbətim həmişə qeyd-şərtsiz olacaq. Çezarenin (Paolonun atası da vaxtilə komandada çıxış edib və hətta bir müddət baş məşqçi olub – red.) oğlu, komandanın keçmiş kapitanı, Kristian və Danielin atası və 5 fantastik ildə çalışdığım menecer kimi...
- Kardinale sizi komanda işinə allergiyası olan fərdiyyətçi kimi qələmə verib.
- Mən onun fərdiyyətçilik ilə klubdakı rolumla bağlı qərarların qəbulunda məsuliyyət daşımağa can atmağımı səhv saldığını deyərdim. Yüksək səviyyədə futbol oynamış adam uğursuzluqlardan daha az qorxur. Ona görə ki, futbolçu həyatı boyunca hər üç gündən bir hakimlərin mühakiməsi altında olub. Bu, böyük üstünlükdü, bu amil kluba təsir edə bilər. Amma bu amil müzakirələrə açıq olmayan və fikrimcə, özünə hörmət edən istənilən kollektivin idarəçiliyi üçün normal və sağlam praktika olan şəxsi səhvlərə görə məsuliyyət daşımaq ideyasını bölüşməyənlər tərəfindən dəyərləndirilməyə bilər.
- Müasir futbolda istedadlı oyunçuları dərhal ələ keçirmək tendensiyası haqda nə deyə bilərsiniz?
- “Milan”da mənim dövrümdə reallaşan 35 transferdən sonra Şarl de Ketelarenin uğursuzluğu (36 milyon avroya alınan belçikalı ötən mövsüm komandada keçirdiyi 40 oyunda bir qol belə vura bilməyib və hazırda icarə əsasında “Atalanta”da çıxış edir – red.) ilə bağlı mübahisə yarandı. 21 yaşlı futbolçularda yeni kluba uyğunlaşma həmişə rəvan keçmir. Futbol oynamış hər kəs yaxşı bilir ki, bu yaşda olan oğlanlar karyerasında bu planda vacib sıçrayışa hər zaman hazır olmurlar. Oğlanları daim dəstəkləmək, səbirlə gözləmək, qucaqlamaq və oyuna geri qaytarmaq lazımdı. Kim klubun idman direktorluğu şöbəsinin əsas vəzifəsinin yalnız transferləri həyata keçirmək olduğunu hesab edirsə, yanlış düşünür: məşqçilər, oyunçular və personalın daimi dəstəyə ehtiyacı var. Biz çox vaxt istedada üstünlük verir, amma onu necə inkişaf etdirəcəyimizi bilmirik. Buna ən bariz nümunələr “Çelsi” və “Mançester Yunayted”di: bu klublarda transferlərə böyük məbləğdə qoyulan sərmayələrin fonunda qüsurlu idarəçilik çox pis nəticələrə səbəb olub. Gənc oğlanların potensialına üstünlük verərkən istedad heç də həmişə tezliklə bəhrə vermir, uğursuzluq riski çox yüksək olur. Boban, Massara və mən klubda birgə işlədiyimiz ilk üç aydan sonra rəhbərlik tərəfindən Londona çağırıldıq, klubun başbilənləri bizi praktiki olaraq işimizi görmək hüququndan məhrum etdi. Ona görə ki, Rafael Leao, İsmael Bennaser və Teo Ernandes onların xoşuna gəlməmişdi. Biz isə Leaonun futbol ulduzu ola biləcəyini düşünürdük. Bunun üçün isə müəyyən yolu arxada qoyması lazım idi. Teo ilə İsmael barəsində də eyni fikirdəydik. Biz işə nədən başladığımızı həmişə xatırlayırıq...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-03-2022, 16:0

Maldini ilə müqavilə yenilənəcək

Dünya futbolu

30-07-2022, 20:0

Maldini “Milan”dan ayrıldı

Dünya futbolu

3-07-2022, 22:0

Maldininin aqibəti müəyyənləşdi

Dünya futbolu

2-08-2022, 16:0

“Milan”: Maldini getdi, De Ketelare gəlir

Dünya futbolu

11-11-2023, 12:0

Maldini Avropanı tərk edir

Aktual
Sənan Abdullayev: “Misli” ilə sponsorluq müqaviləsi başa çatıb” – yeni brend gəlir?
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
“Futbolçular bilirlər ki, telefonum günün 24 saatı açıqdı” - Vernidub “Neftçi”dəki uğurunun sirlərini həmvətənlərinə açdı
“Stadiondan istifadə hüququ bizə verilməlidi” - “Xankəndi” ev oyunlarını harda keçirəcək?
Qətər klubu 20 gün ölkəmizdə olacaq
Son xəbərlər
  • Bu gün, 01:06
    Argentina finala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:54
    "Neftçi": açıq məşq və brifinq təşkil olunacaq
  • Dünən, 23:32
    "Komanda oyuna tam hazırdı" - Qurban Qurbanov
  • Dünən, 23:01
    Sənan Abdullayev: “Misli” ilə sponsorluq müqaviləsi başa çatıb” – yeni brend gəlir?
  • Dünən, 22:36
    Qalenoyi ilə müqavilə yeniləndi - DÇ-nin QƏRARI
  • Dünən, 21:55
    Yarımfinal oyununa çıxa biləcəklər?
  • Dünən, 21:24
    “Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
  • Dünən, 21:12
    “Red Bull” ilə Ferstappen arasındakı narazılıq artır
  • Dünən, 20:50
    "Hadisələrin axarını dəyişmək üçün əllərindən gələni edəcəklər" - Rəşad Sadıqov
  • Dünən, 20:30
    Ronaldonun klubunda maliyyə problemi yaranıb
  • Dünən, 19:20
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 18:59
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
  • Dünən, 17:26
    Selebrini mövsümün ən yaxşısı sayıldı
  • Dünən, 16:52
    Sabiq futbolçu qəzada həlak oldu
  • Dünən, 16:23
    Ehtiram Şahverdiyev "Səbail"də
  • Dünən, 15:52
    Sinner və Noskova çempion oldu
  • Dünən, 15:31
    100 oyundan hansı daha keyfiyyətli olub? =- DÇ-nin SUALI
  • Dünən, 15:00
    “Futbolçular bilirlər ki, telefonum günün 24 saatı açıqdı” - Vernidub “Neftçi”dəki uğurunun sirlərini həmvətənlərinə açdı
  • Dünən, 14:29
    Millimiz Almaniyada 6 medal qazandı
  • Dünən, 13:58
    “Stadiondan istifadə hüququ bizə verilməlidi” - “Xankəndi” ev oyunlarını harda keçirəcək?
  • Dünən, 13:27
    Millimiz Şimali Makedoniya ilə qarşılaşacaq
  • Dünən, 12:56
    Qətər klubu 20 gün ölkəmizdə olacaq
  • Dünən, 12:25
    “Mingəçevir”in taleyi necə olacaq?
  • Dünən, 11:54
    "Heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq" - Azər Məmmədov
  • Dünən, 11:23
    "Şamaxı"dan növbəti transfer
  • Dünən, 10:52
    “Neftçi” çempion olmaq istəyir. Ancaq necə? - YAZI
  • Dünən, 10:30
    İsrailə bir qədər də yaxınlaşdıq - UEFA reytinqi
  • Dünən, 10:00
    Ərsin Destanoğlunun yeni klubu bəlli oldu
  • Dünən, 01:25
    "Qapımızı toxunulmaz saxlamaq daha xoş olardı" - Valdas Dambrauskas
  • Dünən, 00:59
    İspaniya dünya çempionatının finalında! - DÇ gecəsi
  • Dünən, 00:41
    "Yeni transferlərlə güclənməyə ehtiyacımız var " - Kaxaber Sxadadze
  • Dünən, 00:02
    "Şəfa" 5 yoxlama oyunu keçirəcək
  • 14-07-2026, 23:0
    Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
Daha çox
Oxunub: 231
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 205
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 189
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 179
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 159
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 152
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə