Maldini ilə müqavilə yenilənəcək

22.03.2022 16:00 706
Dünya futbolu
Paolo Maldini “Milan”ın texniki direktoru vəzifəsini daha bir müddət icra edəcək.

53 yaşlı funksioner İtaliya klubu ilə yeni müqavilə imzalayacaq. Yerli mənbələrin xəbərinə görə, onunla anlaşmanın müddəti 2024-cü ilin yayına qədər uzadılacaq. Maldininin həmin il müqaviləni daha birilliyə yeniləmək imkanı da olacaq. Klubun idman direktoru Rikki Massara ilə bağlanacaq yeni müqavilə də “2+1 il” sxemi ilə rəsmiləşəcək.

Qeyd edək ki, Maldini futbolçu karyerasını yalnız “Milan”da keçirib. O, bu komandada 902 oyuna çıxıb. Sabiq müdafiəçi “Milan”la 7 dəfə İtaliya çempionatının, 5 dəfə Çempionlar Liqasının və 5 dəfə UEFA Superkubokunun qalibi olub.