• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Barzalyi daha çox nəyə təəccüblənir?

Dünya futbolu

11-12-2023, 22:0

Andrea Barzalyi bu günlərdə BBC-yə müsahibə verib.

"Football-plus.az" xəbər verir ki, İtaliya yığması ilə DÇ-2006-nın qalibi olan sabiq müdafiəçi sırf “Yuventus”la bağlı sualları cavablayıb. Hazırda İtaliya Futbol Federasiyasında Məşqçilər Şurasına daxil olan 42 yaşlı mütəxəssis 8 il (2011-19) formasını geydiyi komandanın hazırkı vəziyyəti və çempionluq perspektivi haqda fikirlərini bölüşüb. Sabiq müdafiəçi “Yuventus”un bu mövsüm skudetto uğrunda sona qədər mübarizə aparacağını düşünür.

- “Yuventus”un ötən turun gedişində A seriyasında bir gündən artıq müddətdə liderlik etməsi səni şoka salmadı ki? “Napoli” – “İnter” oyunu ərəfəsində hansı hissləri keçirdin?
- “Yuve” birinci yerə çıxmağa tamamilə layiq idi. “Montsa” üzərindəki dramatik qələbə də belə qazanılmışdı. Bu oyunda 3 xal qazanmağın hətta İtaliya Derbisində “İnter” ilə heç-heçədən (Turində keçirilən prinsipial matç 1:1 hesabı ilə nəticələnib – red.) daha vacib olduğunu düşünürəm.
- Niyə?
- İtaliya Derbisində qazanılan bir xal komandanın öz gücünə əminliyini artırdı. “Yuve” sözün həqiqi mənasında “biz burdayıq və sona qədər mübarizə aparacağıq” dedi. Sonrakı oyunda “Montsa”nı mütləq məğlub etmək lazım idi ki, “Yuve” bunu etdi. Çətin şəraitdə 90+4-cü dəqiqədə vurulan qolla qalib gəlmək nəyə desən dəyər! Skudetto belə matçlarda, qətiyyət göstərməklə qazanılır. “Montsa” ilə oyunun 1:1 hesabı ilə sona çatması komandaya çox pis təsir edə bilərdi. Lakin “byankoneri” hesab bərabərləşəndən dərhal sonra 4-5 oyunçu ilə irəli şığıdı: Rabyo cərimə meydançasında qeyri-adi hərəkətlər etdi, Qatti isə qələbə qolunu qəzəbli halda vurdu. İndi komandanın tam başqa ruha malik olduğu həmin anda hiss olundu.
- Axı komanda mövsümün əvvəli ilə müqayisədə, demək olar ki, dəyişməyib. Bəs fərqi nədə görürsən?
- Alleqri hələ də öz bacarığına əmindi. O, komandaya doğru mentallığı geri qaytarıb. Bu mentallıq əsl “Yuventus”a uyğundu. Nəticələri digər amillər müəyyən edir. Müxtəlif amillər komandaya kömək edir, oyunçuların həndəsi inkişafına müsbət təsir göstərir.
- Cuntoli yenidən Alleqriyə inanmağa başlayıb. “Biz onunla birgə işi davam etdirmək istəyirik” deyir. Onun bu açıqlamasına təəccübləndin?
- Məni daha çox təəccübləndirən kənarda olan kimlərinsə Massimilianonun bacarığına hələ də şübhə etməsidi. Mövsümün indiki mərhələsində bizə sakitlik və kompaktlıq lazımdı. Cuntoli bunu yaxşı bilir.
- Yeri gəlmişkən, Cuntolinin əsas vəzifəsi barədə soruşum: yanvarda “Yuventus”a nə lazım olacaq?
- Poqba ilə Facolinin uzun müddətə cəzalanmasını nəzərə alsaq, heyətə bir qədər əl gəzdirilməlidi. Amma yanvar çox həssas dövrdü: ya komandanın səviyyəsini qaldırmağa qadir olan oyunçunu tapırsan, ya da əsas diqqəti öz məqamını gözləyən futbolçuya yönəldirsən. Berardi “Yuve”yə əlavə keyfiyyət qata bilər, amma Alleqri onun gəlişindən sonra komandanın strukturunu dəyişməli olardı...
- Bu mövsüm səni daha çox kim təəccübləndirib?
- Makkeninin adını çəkməliyəm: onun yayda gedəcəyi söylənilirdi, amma komandada qaldı və dəyərini bir qədər də artırdı. Prinsipcə, bütün oyunçular ötən mövsümlə müqayisədə bir az böyüyüblər: Bremer indi öz gücünə daha əmindi, Qatti başqa cür oynamağa başlayıb. Ruqani son vaxtlar çox yaxşı təsir bağışlayır. Lokatelli liderə çevrilmək üzrədi. Nikolussi-Kavilya indi ciddi mübarizələrə hazır olduğunu göstərir. Hə, Kambyaso ilə Kostiçin “artırdığını” da qeyd etmək lazımdı.
- Qatti sənin də daxil olduğun BBC-dən (yaxın keçmişdə komandanın müdafiə xəttini təşkil edən Barzalyi-Bonuççi-Kyellini “üçlüy”ünün soyadlarının italyanca baş hərfləri – red.) nəyi əxz edib?
- Qəzəbi. Federiko səbrlə məqamını gözlədi, daha yaxşı futbolçuya çevrildi. İndi fərdi keyfiyyətlərini və ümidverici oyun nümayiş etdirir.
- Antonio Kontenin “Yuventus”u ilk mövsümündə avrokuboklarda çıxış etmirdi və skudettonu qazanmışdı. İndiki komanda 14 turdan sonra həmin “Yuve”dən 3 xal çox toplayıb. Bu sensasiyadı?
- Söhbət müxtəlif komandalardan gedir, amma hər ikisi eyni ruha və zirvəyə dönmək istəyinə malikdi. Hazırkı “Yuventus”, futbol ictimaiyyətindəki çox müxtəlif fikirlərə baxmayaraq, öz gücünə əmindi və skudetto uğrunda mübarizəni sona qədər davam etdirəcək.
- Bu mövzuda daha nə deyə bilərsən?
- Hə. İndiki “Yuventus” avrokuboklarda iştirak etməməsindən başqa 2011/12 mövsümünün komandasına həm də qol vurmağı bacaran və ürəyiaçıqlığı ilə xarakterizə olunan bir sıra oyunçularına görə bənzəyir. Vlahoviç ilə Kyeza qol vura bilmirsə, səhnəyə Rabyo, Qatti, Bremer və Kambyaso çıxır.
- Komandada artıq 11 oyunçu qol vurub. Vlahoviç yalnız “İnter” ilə matçdan sonra yenidən qol vurmağa başlayıb, Kyeza isə ümumiyyətə, sentyabrdan sonra qapıya yol tapa bilməyib...
- Hücumçular üçün qol vurmaq çox vacibdi. Hər necə olsa qol vurursansa, özünəəminlik qazanırsan. “Montsa” ilə oyunda Vlahoviçin bəxti gətirmədi, penaltini boşa verdi. Kyeza da Milik və Ken ilə birlikdə yenidən qol sevinci yaşamağa başlayacaq.
- Necə düşünürsən, növbəti penaltini də Vlahoviç yerinə yetirəcək?
- Duşan həmin anı yenidən hiss etməlidi. Bu barədə qərar isə komandadaxili iclasda qəbul ediləcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-05-2023, 12:0

Bonuççi futbolla nə vaxt vidalaşacağını açıqladı

Dünya futbolu

2-03-2023, 17:0

“Yuventus” İFF-nin qərarından şikayət etdi

Dünya futbolu

28-03-2022, 17:0

Alleqri: “Yuve” skudetto uğrunda yarışmır, bu həqiqətdi”

Dünya futbolu

10-05-2022, 16:0

“Yuventus” finalda “İnter”ə uduzsa belə...

Dünya futbolu

27-09-2022, 23:0

34 yaşında karyerasını başa vurdu

Maraqlı

3-05-2023, 10:0

Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 422
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə