Maldini Avropanı tərk edir

11.11.2023 12:58 196
Dünya futbolu
"Milan"ın sabiq texniki direktoru Paolo Maldini Səudiyyə Ərəbistanında işləyəcək.

"Football-plus.az" xəbər verir ki, italiyalı millisinin sabiq əfsanəsi "Əl-İttihad"da idman direktoru olacaq. Bu barədə məşhur insayder Fabrizio Romano "tvitter" hesabında məlumat yayıb.

Qeyd edək ki, Maldini "Milan"la bu ilin yayında yollarını ayırmışdı.