• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nə xoşbəxt son: Şahın da canı qurtardı, bizim də! - KÖŞƏ

Premyer-liqa / Manşet / Yazarlar

7-09-2023, 19:0

Bəli, HİK-lə səfər oyununda Şahruddini sonuncu dəfə avrokuboklarda “Qarabağ” formasında gördük.

Daha doğrusu, bu, dünən adı çəkilən qapıçının “Adana Dəmirspor”a keçəcəyi ilə bağlı xəbər yayılandan sonra dəqiqləşdi. Sosial şəbəkələrə baxıram, az qala bayram ab-havasına bürünüb, gizlətməyə dəyməz, adamlar Məhəmmədəliyevin superliqa klubuna keçmək perspektivinə görə sevinirlər. Keçidin texniki tərəflərinə toxunmaq istəmirəm, ona görə ki, başqa bir xəbərin mövzusudu. Amma bəzi ümumi fikirləri bölüşməyə ehtiyac var.

Mənə elə gəlir ki, Şahruddinin illərdi davam edən “Qarabağ” macərası üçün bundan gözəl sonluğu nə mərhum Aqata Kristi düşünə bilərdi, nə də bizim həmişəcavan Çingiz Abdullayev. Belə xoşbəxt sonluq ancaq yuxularda olur. İndi Şahın son illərdəki hoqqalarından cana doyan hər kəs məhz belə sonluğun ləzzətini yaşamaqda azaddı. Bu başqa məsələ ki, arada “Adana Dəmirspor”, hətta əfsanəvi Patrik Klyuvert də məsxərəyə qoyulur və belə mənzərə qətiyyən xoş deyil.

Şah hədsiz çox oyunda, xüsusən də avrokuboklarda “Qarabağ”ın evini yıxıb, ötən mövsüm komandanı Çempionlar Liqasının qrupunun astanasından Konfrans Liqasının qrupuna yuvarlayıb, elə bu mövsüm “Rakuv”la səfər oyununda azərbaycanlı azarkeşlərin ürəyini ağzına gətirib. Qurban Qurbanov ən kobud səhvlərdən sonra da qapıçının başını sığallayıb, medianın aramsız sualları ilə qarşılaşanda ilk növbədə Şahın yaxşı keyfiyyətlərini önə çəkməyə çalışıb, onu jurnalistlərin ayağına verməyib. Heç şübhəsiz, baş məşqçi azarkeşlərin və futbol ictimaiyyətinin dağıstanlı qapıçı ilə yanaşı, ondan da narazı qalmasının fərqindəydi, adamlar bu bağlılığı əsaslandırmaq üçün ən müxtəlif fantaziyalar, versiyalar irəli sürürdülər. Və Qurban bəy az qala ümummilli xarakter alan təzyiq dalğasına dözmədi. Andrey Lunyovu gətirməsi Şah üçün birinci, “Olimpiya” ilə oyunlarda “çərçivə”ni Luka Quqeşaşviliyə tapşırması isə ikinci ölüm hökmü idi. Baş məşqçi yetirməsinə “Qarabağ”dakı missiyasının bitdiyini anlatmaq istəyirdi. Hətta “Səbail”ə məğlubiyyətdən sonra dediyi “Şahruddin Məhəmmədəliyevə şans verməyimə gəlincə, limit və meydança amili var idi, Şahruddinin oynamasına ehtiyac var, qərar bel oldu” kimi sözlər də “növbətçi” ifadələr idi.

Və yaşıl meydandan fərqli real həyatda Şah düz qərar verdi. Belə güclü psixoloji təzyiqin altından çıxmaq mənasında bir başqa ölkənin çempionatına yollanmaq, orda özünü növbəti dəfə sübut etməyə çalışmaq ideal qərardı. Şah həm də bütün olanlara rəğmən, özünə, qapıçı kimliyinə hörmət edən şəxs olduğunu göstərdi. Əlbəttə, Lunyovla Quqeşaşvilinin kölgəsində qala, havayı, yəni oynamadan pul da ala bilərdi. Amma dağıstanlı qapıçı belə etmədi, asan yox, çətin yolu seçdi. Mənə elə gəlir ki, Şah ən azı məhz buna görə alqışlanmağa, legioner həyatı boyunca dəstəklənməyə qadirdi.

Digər tərəfdən, şəxsən mən Şahruddinin Azərbaycan futbolundakı missiyasının bitdiyini qətiyyən düşünmürəm. Ən azı hələ də yığmamızın üzvüdü, azərbaycanlı azarkeşlər hələ də ona ümid yeri kimi baxır. Və gələcəkdə yenə də bu ölkənin futbolunda olacaq. Harda, necə, hansı statusda – bütün bunlar artıq gələcək zamana aid suallardı. Hələlik isə ona yalnız Türkiyədə uğur arzulamaq qalır. Təəssüf ki, indiyə qədər qonşu ölkəyə yolu düşən futbolçular elə də parlaq karyera qura bilməyib, həmvətənləri üçün cığıraçan rolunu oynaya bilməyiblər. Bəlkə Şah? Bəlkə bu dəfə? Uğurlar, Şah!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-07-2023, 16:0

Klyuvert “Adana Dəmirspor”un başında ilk məşqinə çıxdı

Dünya futbolu

11-06-2022, 10:0

Portuqaliya millisinin üzvü "Adana Dəmirspor"da

Dünya futbolu

6-11-2022, 14:0

Dzyubanın Türkiyə macərası uğursuz və qısa alındı

Maraqlı

4-04-2023, 13:0

''Adana Dəmirspor''un legioneri müsəlman oldu

Dünya futbolu

28-06-2023, 18:0

''Adana Dəmirspor''da Montellanı bu məşqçi əvəzləyəcək

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə