• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hər şeyin baş-ayaq olması… - KÖŞƏ

Premyer-liqa / Manşet / Yazarlar

6-09-2023, 18:0

Misli premyer-liqasında 5-ci tur arxada qaldı. Özü də necə?!

Bu turda baş verən sensasiyalar hamını təəccübləndirdi. Bizim çempionatda favoritlərin büdrəməsini çox görmüşük. Amma birdən-birə üç favrotin xalsız qalması, “Kəpəz”in doğma meydanda “Araz Naxçıvan”a boyun əyməsi, “Sumqayıt”ın ilk məğlubiyyətini “gənclik şəhəri”ndə “Neftçi”dən alması çətin proqnozlaşdırılardı. Bu hadisələrin hamısının bir-birinin ardınca baş verməsi, eyni tura sığması şəxsən məni çox təəccübləndirdi. Rəngləri tündləşdirmədən, hadisələri qəlizləşdirmədən başverənləri, daha doğrusu, qeydə alınan nəticələri incələməyə çalışaq.

Başlayaq elə “Sabah”ın Masazırda “Turan Tovuz”a uduzmasından. Tovuzlular ötən tur “Səbail”ə boyun əymişdi. Özü də məzmunsuz, səbatsız bir oyunla. Yeni mövsümdə doğma meydanda ilk oyununu keçirən, azarkeşlərini sevindirməyə borclu olan “Turan Tovuz” bu mənəvi məsuliyyətin öhdəsindən gələ bilmədi. Özü də rəqib heç də güclülərdən sayılmayan “Səbail” idi. “Dənizçilər”i o qədər də güclü saymamağım sizə təəccüblü gəlməsin. Ən azı ona görə haqlıyam ki, Şahin Diniyevin komandası Tovuz səfərinə qədər qələbə qazanmamışdı. Deməli, Tovuzdakı görüşdə “Turan Tovuz” üçün qələbə qazanmaq o qədər də çətin olmamalıydı. Nəticə isə əksinə oldu. İş o yerə gəldi çatdı ki, həmin məğlubiyyətdən sonra klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev mətbuat konfransı keçirdi, mövcud şəraitdən şikayətlənməklə “Turan Tovuz”un böyük hədəflər uğrunda mübarizə aparmağa hazır olmadığını bir növ azarkeşlərə qəbul etdirməyə çalışdı.

Məlum mətbuat konfransında Ehtiram bəy maraqlı bir statistikaya diqqəti çəkmiş, komandasının doğma meydanda oynamağa çətinlik çəkdiyini vurğulamışdı. Buna da səbəb kimi Tovuz stadionunun süni örtüyünü göstərmişdi. Cəmi bir tur sonra Quliyevin bu sözləri təsdiqini tapdı. “Turan Tovuz” Masazırdakı təbii ot örtüklü stadionda meydan sahiblərini böyük hesabla məğlub etdi. Bəli, çempionluğa iddia edən, ölkənin ən güclü 2-3 klubundan biri sayılan “Sabah”ın qapısına üç cavabsız top vurmaq sıradan hadisə deyildi. Amma bu uğuru bütünlüklə “Bank Respublika Arena”nın ot örtüyünün keyfiyyətinə yazmaq da olmur. “Sabah” ötən mövsümün gedişində də oxşar gərginlikdən əziyyət çəkirdi. Bu dəfə komandanın heyətində gərginlik qarışıq depressiya daha erkən başlayıb. Düzdü, Kaşukla Mikelsin gedişi də nəticələrdə rol oynayır. Yenilər gedənlərin yerini doldura bilməyib. Elə komandanın baş məşqçisi Murad Musayevin də bir qədər soyuqqanlı olmasına, konsentrasiyasını faydalı işlərə yönəltməsinə ehtiyac var. Əks halda “Sabah”ın toparlanması, “qara zolaq”dan çıxması asan olmayacaq. Bəli, Amin Seydiyevin yoxluğu da komanda üçün ciddi itkidi. Gənc futbolçu da elə baş məşqçisi kimi yersiz gərginlikdən, əsəblərini idarə edə bilməməkdən əziyyət çəkir.
Həmkarından fərqli Qurban Qurbanovun əsəbləri sakitdi. Ötən tur “Kəpəz”lə heç-heçə, bu tur “Səbail”ə məğlubiyyət “Qarabağ”ın çalışdırıcısını özündən çıxara bilməyib. Heç inanmıram da ki, Qurban bəy əsəblərinə yenik düşə, məğlubiyyətin günahını hakimlərdə görə, emosiyalarını çılğınlıqla biruzə verə. “Sabah”dan fərqli “Qarabağ” avrokubok mübarizəsini davam etdirir. “Köhlən atlar” geridə qoyduğumuz həftə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni rəsmiləşdirdi. Qitənin nüfuzunə görə ikinci dərəcəli klub turnirində yenidən təmsilçimizin olması hamımızı sevindirir.

Amma görünən odu ki, iki cəbhədə mübarizə aparmaq “Qarabağ” üçün heç də asan deyil. Xüsusən də bu mövsüm. Yerli futbolçular Ramil Şeydayevlə Musa Qurbanlının gedişi Qurban Qurbanovun qayğılarını artırıb. Çalışdırıcı nə yerli, nə də legioner futbolçuların köməyi ilə bu ciddi boşluğu doldura bilir. Limitin gətirdiyi çətinlikləri də bura əlavə edəndə… Bitmək bilməyən rotasiyalar, sıx oyun qrafiki Qurban bəyin işini qəlizləşdirir. Bu mənada həm təsnifat mərhələsinin bitməsinin, həm də milli komandaların oyunu ilə bağlı yaranan fasilənin yerinə düşdüyünü deməliyik. “Qarabağ” nəfəs almaq, səhvlərdən nəticə çıxarmaq imkanı qazanıb. Sözsüz, indiki məqamda bundan qazanan “Səbail”, “Kəpəz” kimi rəqiblər oldu. Onlar qızıldan qiymətli xallar qazandılar.

“Zirə” də bu tur dayandı. “Sabah”la “Qarabağ”dan fərqli qəsəbə təmsilçisi ilk yenilgisini aldı. Özü də bu mövsüm yenilgiləri sıralayan “Qəbələ” məhz lideri büdrətməklə 3 xalın sevincini yaşadı. Düzdü, Rəşad Sadıqovun komandası lider kürsüsündən düşməyib. Lakin bu məğlubiyyət onu göstərir ki, “Zirə”ni uğura aparmalı yol heç də hamar görünmür. Həm fiziki, həm də psixoloji baxımdan gərgin mübarizəyə hazır olmaq lazımdı. Bir sözlə, Azərbaycan çempionatında heç kimi işin rəvan getmir, hər şey bir andaca baş-ayaq ola bilir. Bunun yaxşı, yoxsa pis olduğunu isə zaman göstərəcək.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-07-2023, 18:0

Premyer-liqanın ilk 5 turunun cütləri bəlli oldu

Ölkə futbolu

29-08-2023, 19:0

“Qəbələ”nin əvəzediciləri ilk məğlubiyyətini aldı

Premyer-liqa

6-09-2023, 16:0

Çempionluğa namizədlər hardadı?! - TURUN ŞƏRHİ

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Premyer-liqa

21-07-2023, 16:0

Premyer-liqada mövsümün tam təqvimi

Premyer-liqa

22-08-2023, 14:0

“Zirə” vahid liderdi, amma üç izləyicisi var - TURUN İCMALI

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə