Arda Turanın baş məşqçisi olduğu Donetsk "Şaxtyor"u Ukrayna premyer-liqasında çempion olub.
"Football-plus.az" xəbər verir ki, klub 27-ci turda səfərdə "Poltava"nı 4:0 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra ən yaxın izləyicisi ilə xal fərqini 11-ə yüksəldən "Şaxtyor" mövsümün bitməsinə üç tur qalmış çempionluğu rəsmiləşdirib. Donetsk təmsilçisi tarixində 16-cı dəfə Ukrayna çempionu olub.
Arda Turan bu uğurla Avropada yüksək liqa çempionluğu qazanan ilk türkiyəli baş məşqçi kimi tarixə düşüb.