Portuqaliya millisinin üzvü "Adana Dəmirspor"da

11.06.2022 10:56 476
Dünya futbolu
"Adana Dəmirspor" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, superliqa təmsilçisi son klubu "Real Sosyedad" olan Kevin Rodriqeslə güclənib. 28 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Portuqaliya millisində 3 oyuna çıxan Kevin daha əvvəl "Eybar", "Leqanes", "Dixon" və "Tuluza"da forma geyinib.