Türkiyə çempionatında çıxış edən ''Adana Dəmirspor''un üzvü Kevin Rodriges ilə bağlı maraqlı xəbər yayılıb. Belə ki, Türkiyə mətbuatında yayılan xəbərlərə inansaq, 29 yaşlı fransızəsilli futbolçu dinini dəyişib və islamı qəbul edərək müsəlman olub.
Hərçənd oyunçunun özü hələ ki, bu barədə rəsmi açıqlama verməyib. Şaiyələrə görə təcrübəli futbolçu çoxdan planlaşdırdığı bu addımı atdığına görə xoşbəxt olduğunu yaxın ətrafına bildirib. 29 yaşlı sol cinah müdafiəçisi Fransada doğulub və ''Tuluza''nın yetirməsidi.
Daha öncə ''Dijon'', ''Leqanes'', ''Real Sosyedad'', ''Eybar'', ''Rayo Valyekano''nun şərəfini qoruyan Rodriges Türkiyədə ilk mövsümünü keçirir. Bu mövsüm o, 25 rəsmi oyunda 2 qol vurub. Rodrigesin adanalılarla 2025-ə qədər müqaviləsi var.
ƏLİ