Bosniya serblərinin lideri Milorad Dodik televiziyada çıxışı zamanı dünyanın 1 saylı raketkası Novak Cokoviçi və onun ailəsini təhqir edib.
Ona elə gəlib ki, artıq efirdə deyil, ancaq video ekrana düşüb. Tamaşaçılar Dodikin bu sözlərini eşidib: “Sizə deyim ki, bu Cokoviçlər vətəndə əsl əclaflardı. Bizim adamlar buna emosional yanaşır, ancaq onlar bizneslə məşğul olurlar - əsl qaraçıdılar...”
Bu açıqlama ictimailəşəndən sonra Dodik Novakdan və ailədən üzr istəyib:
“Bu sözlər RTS efirində getdiyinə görə təəssüflənirəm. Əvəzsiz və təkrarolunmaz Novak Cokoviçə və ailəsinə hörmət-izzət göstərməyə, onları dəyərləndirməyə davam edəcəm. Novakın qardaşı Corcun idarəçilik və liderlik keyfiyyətləti ilə tanış olduğuma görə sevinirəm, bu il Banya-Lukada keçirilən turnirə görə minnətdaram. Sosial şəbəkələrdəki video Cokoviç ailəsinə toxunubsa, üzr istəyirəm. Məni də də incitdi. RTS-ə də yuxusuz gecəmə görə “təşəkkür etmək” istəyirəm. Onların belə mənfur yola əl atmasına inana bilmirəm”.