• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lineker məşhur telekanaldan getdi və qayıtdı

Dünya futbolu

17-03-2023, 14:0

“Dünyanın ən yaxşı və ədalətli teleşirkətində çalışdığıma görə hədsiz qürur duyuram”


Hətta “Liverpul”un “Bornmut”a acı məğlubiyyəti də Böyük Britaniyada ötən həftəsonunun ən önəmli hadisəsini – Hari Linekerin BBC efirindəki “Match of the Day” proqramından uzaqlaşdırılmasını kölgədə qoymadı.

Xəbəriniz olsun ki, ötənlərin məşhur futbolçusu hökumətin təklif etdiyi qeyri-leqal mühacirlər haqqındakı qanun layihəsini pisləmiş, bu isə telekanalı aparıcıya münasibətdə sanksiyaya əl atmağa vadar etmişdi. Ancaq elə bu həftəsonu hər şey əvvəlki kimi olacaq – Lineker qayıdır.

Qayıdır və minnətdarlıq edir

"Football-plus.az"ın məlumatına görə, onun dönüşü haqda yazdığı dörd tvit yüzminlərlə bəyənmə toplayıb. Lineker həmrəyliyə görə həmkarlarına təşəkkür edib və kompliment yağdırıb:

“Demək olar, 30 ildi ki BBC-də idmanı təmsil edirəm. Dünyanın ən yaxşı və ədalətli teleşirkətində çalışdığıma görə hədsiz qürur duyuram”. Məşhur aparıcı bu fikirləri də əlavə edib: “Son bir neçə gün nə qədər çətin keçsə də, öz evindən qaşmaq və ya uzaq ölkədə sığınacaq axtarmaq ilə müqayisəyə gəlmir. Sizlərin belələrinin acı durumuna canıyananlıq etdiyinizi görmək sevindiricidi. Biz tolerant, qonaqpərvər və səxavətli adamların ölkəsi kimi qalırıq”.


BBC-nin baş direktoru Tim Deyvi Linekerin yoxluğunda teleşirkətin çətinliklə üzləşdiyini etiraf edib:

“Harini efirə qaytarmaq və birlikdə idmanı dünya səviyyəsində tamaşaçıya təqdim etmək mənim üçün uğur olacaq”.


Ümumiyyətlə, Linekerin başına gələnlərlə yaxından tanış olaq. Xronoloji ardıcıllıq belə oldu:

• martın 7-də Böyük Britaniya hökuməti qeyri-leqal mühacirlərin – xüsusən də La-Manş vasitəsi ilə gələnlərin – sayının azaldılması ilə bağlı planını açıqladı. Bu qanun layihəsi qəbul olunsa, mühacirlər ən azı ölkədən qovulacaq və bir daha Britaniyaya gəlmək qadağası ilə üzləşəcək.
• Lineker bu siyasətin ötən əsrin 30-cu illərində Almaniyada istifadə olunan ritorikadan fərqlənmədiyini dedi. Mühafizəkarlar Partiyasının təmsilçiləri isə məşhur futbol adamını belə mövqeyinə görə tənqid etdi.
• BBC Linekerun qaydaları pozduğunu bəyan etdi və sosial şəbəkədə paylaşımlarla bağlı mövqeyini dəqiqləşdirənə qədər efirdən uzaqlaşdırdı.
• Proqramın efirə çıxması dərhal təhlükə altına düşdü – Yan Rayt və Alan Şirer studiyaya gəlməkdən boyun qaçırdı, Aleks Skott, Cermeyn Cenas və Mark Çepmen aparıcı olmağa razılaşmadı.

Bütün bunlar 27-ci tur ərəfəsində baş verdiyinə görə intriqa bir qədər də artdı: BBC qısa müddətdə problemin öhdəsindən gəlməliydi. Əlbəttə, telekanal problemi həll etdi, ancaq uzun müddət unudulmayacaq şəkildə. Bu haqda bir qədər sonra danışacağıq.

Lineker özü şənbə günü “Lester” – “Çelsi” oyununa getdi və stadionun onun adını qışqırdığını eşitdi. “Kristal Pelas” – “Mançester Siti” oyununda isə məşhur aparıcını baş nazir vəzifəsinə təklif edən plakat var idi.

“Match of the Day” qısaldıldı, təhlil yoxa çıxdı

1964-cü ildən bəri fasiləsiz şəkildə efirə çıxan proqramın formatı dərhal dəyişdi. Redaktor Endryu Klementin “tvitter”də yazdığına görə, ötən həfftənin cümə və şənbə günlərində “BBC Sport”da çalışdığı 30 il ərzindəki ən pis dönəmini keçirib.

“The Athletic” həmin iki günün hadisələrini belə anladır:

• İngiltərə Premyer-Liqası cümə günü axşam saatlarında şənbə günü meydana çıxmalı olan 12 kluba xəbər verdi ki, “Match of the Day”də oyunçular və məşqçilər ilə ənənəvi oyunsonrası müsahibələr olmayacaq.
• BBC-nın əməkdaşlarından biri şənbə günü həmkarlarının əhval-ruhiyyəsinin yerində olmadığını bildirib. Dərhal “votsap” qruplarında telekanaldan kütləvi istefaların başlaması ilə bağlı şayiələr müzakirə olundu. Özü də təkcə idman redaksiyasında çalışanlar yox, bir çox başqa məşhur aparıcılar da getməyə qərar verdi.
• “BBC News”un aparıcısı şərhlərlə müşayiət olunan ənənəvi “Match of the Day”in baş tutmamasına görə üzr istədi, tamaşaçılara, sadəcə, oyunlardan ən yaxşı məqamlara baxmağı təklif etdi.
• “Match of the Day”in, adətən, bir saatdan artıq sürən şənbə buraxılışı cəmi 20 dəqiqəyə sığdı.
• Proqramın əvvəlində premyer-liqadakı əsas hadisələr titrlə göstərildi, ardından dərhal “Bornmut” – “Liverpul” oyununun epizodları interşumla verildi. Buna, yəni Linekerin təhlili olmadan verilən interşuma azarkeşlər öyrəşməyib. Turun icmalı sona qədər belə davam etdi. Halbuki əvvəlki proqramlarda yaşananlar studiyada müzakirə, oyun epizodları təhlil olunurdu, maraqlı statistika və oyunsonrası açıqlamalar verilirdi.
• Oyunlararası müddətdə futbolçuların və məşqçilərin hansısa açıqlaması efirə getmədi. Təbii ki, studiyaya ekspert kimi də heç kim təşrif buyurmamışdı.
• Bazar günü “Match of the Day 2” cəmi 15 dəqiqə davam etdi.
• Jurnalistlər boykot ideyasına dəstək verdiyinə görə “Final Score” və “Football Focus” proqramlarının, həmçinin “Radio 5 Live” radioşousunun yayını pozuldu.
• “Çelsi” ilə MY-nin qadınlardan ibarət komandalarının oyunundan əvvəl heç nə verilmədi, fasilədə təhlil olmadı, radio “Nyukasl” – “Vulverhempton” oyunundan əvvəl mütəxəssis fikri əvəzinə ardıcıl 4 podkast yaydı. “Lids” – “Brayton” oyununun radioda şərh edilməsinə son anda qərar verildi.

“The Athletic”in əməkdaşı Nik Miller BBC-nin həftəsonu yaşadıqları ilə bağlı belə replika yazıb:

“Bəlkə də bu, “Match of the Day”in tarixindəki ən təəccüblü buraxılış idi. Lütfən, bir daha təkrarlanmaın”. Mühafizəkarlar Partiyasının təmsilçiləri isə əksinə, olaya pozitiv yanaşdılar. Məsələn, sabiq mədəniyyət naziri Nadin Dorris belə dedi: “Bəlkə də adamlar, sadəcə, futbola baxmaq istəyirlər, hər həftə şərhçilərin adi şeylərlə bağlı çərənləməsini dinləmək istəmirlər”.


Bu mövzuda daha bir maraqlı xəbəri nəzərinizə çatdıraq: Avropa və dünya çempionatlarının, Çempionlar Liqasının və İngiltərə kubokunun yayın hüququna malik ITV teleşirkəti dərhal Linekerə göz dikdi və hətta ona ildə 4 milyon funt maaş ödəməyə razı olduğunu bildirdi. Özü də məşhur futbol adamının sosial şəbəkələrdəki paylaşımlarına heç bir məhdudiyyət qoyulmayacaqdı. Cəlbedici təklif idi, ancaq reallaşması çətin görünür.

Bundan sonra necə olacaq?

BBC-nin baş direktoru Tim Deyvi “Match of the Day”in pozulmasına görə üzr istəsə də, onu da əlavə etdi ki, Linekerin uzaqlaşdırılmasıyla bağlı qərar onun tənqidinə adekvat olub, efirdən imtina edən başqa ekspertlərin baxışlarına da hörmət edir. Deyvinin fikrincə, əməkdaşların sosial şəbəkədəki davranışı ilə bağlı qaydalarda müəyyən “boz zonalar” var, bunlar təzadlı təfsirə yol açır, odu ki, qaydaların qiymətləndirilməsi üçün müstəqil ekspert dəvət olunacaq. Lineker bu təşəbbüslə razılaşdı.

Fotoqraflar bazar günü Linekeri Londonun cənub-qərbində itini gəzdirərkən yaxalasalar da, mövzu ilə bağlı açıqlama ala bilmədilər. Amma ertəsi səbəbkar belə çətin dönəmdə anlayış göstərdiyinə görə Deyviyə təşəkkür etdi:

“Deyvinin işi elədi ki, hər kəsin ondan razı qalması, demək olar, mümkünsüzdü. Özü də söhbət qərəzsizlikdən gedirsə. Yenidən birlikdə çalışacağımıza görə sevinirəm”.

Paylaş:
Digər xəbərlər

İdman

25-05-2022, 13:0

Corc Rassell: "Fəxri kürsüdə dayanmağımla qürur duyuram" - AÇIQLAMA

Ölkə futbolu

27-03-2022, 13:0

"Bu xalqı təmsil etməkdən qürur duyuram" - "Qarabağ"ın futbolçusu

Avropa Liqası

4-11-2022, 13:0

"Komandamla qürur duyuram" - Elvin Cəfərquliyev

Dünya futbolu

25-02-2023, 23:0

“Mən qürur duyuram, ancaq Messi haqq edib” - Nadal

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 198
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 187
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə