"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş yeni rekord müəyyənləşdirib.
"Football-plus.az" xəbər verir ki, o, britaniyalı futbolçular arasında ən bahalı buts müqaviləsinə imza atıb. Cekin "Puma" ilə 2028-ci ilə qədər olan sözləşməsinə əsasən oyunçunun hər mövsüm üçün 10 milyon funt-sterlinq alacağı gözlənilir.