"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva komandadan ayrıla bilər.
"Football-plus.az" xəbər verir ki, "Barselona" futbolçunu heyətinə qatmaq niyyətindədi. Kataloniyalıların Silvaya marağını görən "şəhərlilər" oyunçu ilə yollarını ayırmağa hazırdı. "Mançester Siti" 65 milyon avro qarşılığında Bernardonu azad buraxacaq.