"Mançester Siti" PSJ-nin təklifini rədd etdi

21.08.2022 10:55 342
Dünya futbolu
"Mançester Siti" PSJ-nin Bernardo Silva üçün təklifini rədd edib.

Football-plus.az xəbər verir ki, parislilər yarımmüdafiəçi üçün 80 milyon avro təklif etsə də, bu, İngiltərə təmsilçisi tərəfindən qəbul olunmayıb. Fransa klubu təklifini təkmilləşdirmək niyyətindədi. Lakin “şəhərlilər” futbolçu ilə ayrılmaq istəmir.

"Barselona" isə yarımmüdafiəçi Frenki de Yonqu sata bilmədiyi üçün Silva transferindən əl çəkəcək. Kataloniyalılar niderlandlını satsaydı, onun keçidindən gələn maliyyə ilə portuqaliyalını ala bilərdi.