• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Anyelli: “UEFA-nın inhisarını bitirmək lazımdı”

Dünya futbolu

1-03-2023, 18:0

“Yuventus”da yol verdiyi maliyyə fırıldaqları üzündən prezident vəzifəsindən istefa verməli olan və futbolla bağlı fəaliyyətinə ikillik qadağa qoyulan Andrea Anyelli Niderlandın “De Telegraaf” nəşrinə diqqətçəkən açıqlamalar verib.

47 yaşlı italiyalı iş adamı növbəti dəfə Avropa Superliqası layihəsi və UEFA haqda danışıb. Bilindiyi kimi, “Real”, “Barselona” və “Yuventus”un dəstəklədiyi bu layihə 2021-in aprelində dəstək görmədiyi üçün yarımçıq qalmışdı. Amma fevralın əvvəllərində Superliqanın yeni detalları açıqlandı və məlum oldu ki, bu 3 klub hələ də layihədən əl çəkməyib. Sözü verək Anyelliyə.

* Klubların gələcəkdə maliyyə durumlarının daha sağlam və qənaətbəxş olması üçün UEFA-nın inhisarını bitirmək lazımdı. Futbolun gələcəyini elə qurmalıyıq ki, klubların avrokuboklara çıxa bilməməsi onlar üçün faciəyə bərabər olmasın. Bu hər bir kluba aiddi. Ona görə də avrokuboklarda liqa sisteminin yaradılmasını dəstəkləyirəm. Belədə hər kəsin maliyyə imkanı eyni olacaq. Məsələn, “Ayaks” 2018/19-u möhtəşəm keçirərək ÇL-də yarımfinala qədər irəliləmişdi. Amma növbəti mövsüm az qala ÇL-in təsnifat mərhələsində mübarizəni dayandıracaqdı. Belə qeyri-müəyyənlik içində bir klubun gələcəyini planlaşdırmaq mümkün deyil!
* Mən Avropa Klublar Briliyinin sədri olduğum dönəmdə UEFA prezidenti Aleksander Çeferin ilə 2019-da yeni layihələr hazırlamışdıq. Amma böyük çempionatların ortababları, top-liqaların rəhbərləri və bəzi federasiyalar yeni formatı özləri üçün təhlükə kimi qəbul etdilər. Ona görə də Çeferin yenilikdən imtina etdi. Nə üçün sistemi UEFA-nın daxilindən dəyişməyə çalışmadım? Başa düşürdüm ki, bu müharibəni uda bilməyəcəm! Hərçənd onu da çox gözəl anlayırdım ki, mövcud sistem “Ayaks”, “Anderlext”, “Seltik”, “Benfika”, “Panatinaikos”, “Srvena Zvezda” kimi klublara yaxşı heç nə vəd etmir.
* Futbolda getdikcə sürprizlər və gözlənilməzliklər azalır. Futbol proqnozlaşdırılması mümkün olan oyuna çevrilir. Çünki avrokubokları, adətən, varlı çempionatların təmsilçiləri qazanır. Bizim isə məqsədimiz odu ki, məsələn, “Yuventus”, “Ayaks” və “Feyenoord”un ÇL-i qazanmaq şansı eyni olsun. Söhbət təkcə maddi sabitlikdən getmir. Bir çox milli çempionatlarda qalib əvvəlcədən məlumdu. PSJ-nin və ya “Bavariya”nın bu cür hegemonluğu Fransa ilə Almaniya çempionatlarını dəyərdən salır, maraqsızlaşdırır. İngiltərə pul baxımından hamını bir baş üstələyir. Avrokubokların həlledici mərhələlərində əsasən onların klubları iştirak edir. Superliqa mütləq yaradılmalıdı. Futbol indiki kimi nəticəsinin proqnozlaşdırılması mümkün olan bir oyun kimi qalacaqsa, insanlar bizdən üz döndərəcək. Məsələn, “Ayaks”, PSV və ya “Feyenoord”un avrokubokları qazanmaq şansı olmasa, Niderlandda avrokubokları izləyəcəklərmi? Məhz buna görə də biz Avropa arenasında liqaların yaradılmasını istəyirik. Hamının şansı eyni olacaq və hər kəs həm yüksək liqaya çıxa, həm də aşağı liqalara yuvarlana biləcək.13 ildi bu sahədəyəm və artıq beynimdə nəyin necə işləyəcəyini formalaşdırmışam. Amma indiki sistem qalsa, İngiltərə ilə başqa ölkələr arasındakı uçurum yalnız artacaq.
* Əslində indiki sistemdən klubların çoxu narazıdı. Özüm onlarla söhbət etdiyim üçün əminliklə bunu deyə bilərəm. Amma məsələ burasındadı ki, UEFA Superliqanı dəstəkləyən klublara cəza verir. Ona görə də bir çoxu fikrini açıq dilə gətirməkdəın çəkinir. Halbuki dəyişikliyi həm klublar, həm futbolçular, həm azarkeşlər, həm telekanallar, həm də kommersiya dəstəyi verənlər tələb edir. Sadəcə, UEFA inhisarçıdı və istənilən dəyişikliyə qarşı çıxır. Hələ ki Avropa Məhkəməsi də buna şərait yaradır. Amma məhkəmənin bu məsələ ilə bağlı yeni qərarını yazda verəcəyini gözləyirik.
* PSJ-nin prezidenti Nasser Əl-Xelayfi yaxşı oğlandı. Amma Superliqa ideyası ilə razılaşmır. UEFA-nı dəstəkləyir. Çünki Avropada daha bir turnirin yaradılması Qətərin maraqlarına xidmət etmir. Ona görə də bu məsələdə Əl-Xelayfidən əlimizi üzmüşük. FİFA və UEFA-nın hərəsində son seçkidə cəmi 1 namizəd olmuşdu. Bunlar da indiki prezidentlər İnfantino ilə Çeferin idi. Belə insanlardan nə dəyişiklik gözləyə bilərik?! Onlar hakimiyyətdə qalmaq üçün hər şey etməyə hazırdılar.
* Onu da deyim ki, mən Çeferinlə münaqişə yaşamamışam. Mənə zəng vursa, təbii ki, cavab verərəm. Bizneslə şəxsi məsəslələri qarışdırmaq lazım deyil. Aleksander mənim qızlarımdan birinin xaç atasıdı. Yəni Tanrıya söz verib ki, mənə bir şey olsa, övladımın qeydinə qalacaq. Bu cür sözlərdən geri dönmək olmaz!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-07-2022, 18:0

Peres, Laporta və Anyelli birgə nahar etdilər

Dünya futbolu

3-12-2022, 14:0

UEFA “Yuventus”la bağlı təhqiqata başladı

Dünya futbolu

19-01-2023, 13:0

"Yuventus"un yeni rəhbərinin adı bəllidi

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə