Ötən həftə İngiltərə premyer-liqasının 25-ci turu başa çatdı.
"Football-plus.az" xəbər verir ki, görüşlərdən sonra qeydə alınan maraqlı faktları diqqətinizə çatdırır:
* Foden müxtəlif turnirlər çərçivəsində 200-cü dəfə MS forması geydi. 22 yaşlı yarımmüdafiəçi premyer-liqada 119, ÇL-də 41, Liqa kubokunda 20, ölkə kubokunda 17, Superkubokda 3 oyun keçirib.
* Holann MS-nin heyətində bir mövsümdə qol sayına görə Aqueronun müəyyənləşdirdiyi rekordu yenilədi. Argentinalı 2014/15 mövsümündə 26 qol vurmuşdusa, norveçli artıq 27 dəfə fərqlənib.
* “Liverpul” cari mövsümdə bütün başqa komandalardan çox qapı çatını nişan alır. “Kristal Pelas”la oyunun 49-cu dəqiqəsində Salahın zərbəsi tirdən döndü. Kloppun yetirmələri cari mövsümdə 14 dəfə qapı dirəyinin və tirinin möhkəmliyini yoxlayıb.
* “Çelsi” müxtəlif turnirlərdə keçirdiyi son 11 oyunun yalnız birində qələbə qazanıb, 6-da uduzub, 4-də heç-heçə edib. Komanda həmçinin son 8 səfər oyununda qələbəyə həsrət qalıb ki, bu da 2001-in martından bəri ən pis seriyadı.