• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gəncə futbolundakı yerlibazlıq birdəfəlik aradan qaldırılmalıdı - OXUCU SÖZÜ

Premyer-liqa / Manşet

27-02-2023, 19:0

Hörmətli Mahir müəllim!

Baş redaktoru olduğunuz “Futbol+” qəzetini həmişə maraqla izləyir, futbolla bağlı əməkdaş yazılarını təkrar-təkrar oxuyur, onların ölkə futboluna əvəzsiz xidmətlərinə görə vurğunluğumu bildirirəm.

Ölkəmizin ən bacarıqlı, çətin peşəsinə qəlbən bağlı məşqçilər sırasında layiqli yer tutan Tərlan Əhmədovun “Kəpəz”də sıxışdırılması, rahat işləməyə qoyulmaması, təzyiqlərə məruz qalması məni çox məyus etdi, ürəkdən kədərləndirdi və bu yazını qələmə almağa vadar etdi. Açıq deyim və etiraf edim ki, Gəncədə müsəlmanların heç bəyənmədiyim yerlibazlığı haqqında əvvəllər də eşitmişdim. Ancaq Tərlan müəllimin başına gətirilən bu müsibəti heç təsəvvür etməz, ağlıma da gətirməzdim.

Futbolla yaşayan hər kəs bilir ki, dünyanın bir sıra aparıcı ölkə çempionatlarında ən güclü komandaları yerli məşqçilərlə bir sırada əcnəbi mütəxəssislər də çalışdırır. Və onları başqa yerlərdən olduqlarına görə gözümçıxdıya salmırlar. Bu haqda geniş danışmağa heç bir lüzum yoxdu. Yerlibazlıq aradan qaldırılmalı olan ciddi qüsurdu. İlk növbədə Gəncə futbolunda.

“Futbol+” qəzetinin 16 fevral tarixli 17-ci sayında “Kəpəz” komandası ilə bağlı gedən yazıları ürək ağrısı ilə oxudum. Şahin Diniyevin və Yaşar Vahabzadənin “Kəpəz”də işləyərkən necə təzyiqlərlə üzləşdiklərini açıq etiraf etmələri ürəyimcə oldu. Yaşar bəyə obyektiv mövqeyə görə təşəkkür edir, “çox sağ ol” deyirəm və onun dediklərini bir daha yada salmağa ehtiyac duyuram: “Tərlan müəllimin “Kəpəz”ə gəlişindən sonra komandanın oyununda canlanma, nəticələrdə inkişaf var. Gəncə təmsilçisini elitada saxlamaq iqtidarındadı. İmkan verin, adam qarşıya qoyulan tələbi yerinə yetirsin, ondan sonra lazım gəlsə, onunla yolları ayıra da bilərsiz. Bu gün komandanı düşdüyü bataqlıqdan çıxarmağa çalışan şəxsə qara yaxmaqdan, onu gözümçıxdıya salmaqdan, hər cür maneə yaratmaqdan itirən Gəncə futboludu. Bunu istəmiriksə, söz-söhbətə son qoyub, hamılıqla Tərlan Əhmədova kömək etməliyik. Yoxsa ölkənin ikinci böyük şəhərinin klubu faciə ilə üzləşəcək”.

Açıq deyim, hazırda Tərlan Əhmədova qarşı qruplaşmanın, müxalifətin başında komandada idman direktoru işləyən Mehman Allahverdiyevin durduğu heç kimə sirr deyil. Nə qədər ki Allahverdiyev “Kəpəz”dədi, komandada əmin-amanlığın, işgüzar mühitin olacağını düşünmək yanlış fikirdi.
Tərlan Əhmədov potensialına görə Ağasəlim Mircavadov, Şahin Diniyev, Qurban Qurbanov kimi tanınmış məşqçilərlə bir sırada durmağa layiq, bacarıqlı, ürəyi pak və təmiz, hörmət və ehtirama layiq bir şəxsiyyət və mərd insandı. Onun kimi adamların qayğısına qalmaq, nüfuzunu qorumaq, hörmət bəsləmək bütün futbol ictimaiyyətinin, azarkeşlərin borcudu. “Kəpəz”in əvəzedicilərinin çalışdırıcısı Xaliq Mərdanov kimi qərəzli mövqe tutub Tərlan Əhmədovu yersiz tənqid etmək, “özünə hörmət edən şəxs klubdan çıxıb getməlidi” kimi layiqsiz sözləri dilə gətirmək ən azı insafsızlıq, Tanrıya xoş gəlməyən işdi.

Tərlan Əhmədov baş məşqçi kimi həyatda bəxti gətirməyən, özünə layiq yer tutmayan, imkansız və zəif komandalarda çalışmış mütəxəssisdi. Düzdü, o, birvaxtlar “Neftçi”nin başında durub, ancaq rəhbərlik səviyyəsində onu işləməyə qoymadılar və istefaya göndərdilər. Tərlan müəllim bu vaxta kimi yaşadığı çətin və şərəfli ömrə görə hər cür hörmətə layiqdi. Bu gün Azərbaycanda Qurban Qurbanov, Şahin Diniyev kimi mənəvi cəhətdən pak və ruhən saf, təmiz mütəxəssislər sırasında Tərlan Əhmədovun da adı hörmətlə çəkilir. Qoy onun hər an cəfa çəkən yolunda daim yaşıl işıq yansın.

Şıxbaba Abdullaoğlu

P.S. Hörmətli Mahir müəllim, bir neçə il əvvəl sizin yanınıza amansız xəstəlik üzündən həyatdan vaxtsız köçən, “Neftçi”nin əvəzedici komandasının üzvü olan oğlum Eldar haqqında kitab çıxartmaq üçün gəlmişdim. Siz boyun olmuşduz. Lakin Tanrı muradımı gözümdə qoydu. O vaxt “İnter”də çalışan, Eldarın ROİL-də ilk məşqçisi olmuş Elmir müəllimlə görüşə gedərkən Heydər Əliyev prospektində məni maşın vurdu. Sağ ayağım iki yerdən sındığına görə əməliyyat olundum, ilyarım yatağa düşdüm. Ona görə də sizin yanınıza gələ bilmədim. Mən bu cür bəxtsiz atayam...

Bu məqalənin qəzetinizdə dərc olunmasını istəyirəm. Neçə illər idi ki, əlimə qələm almamışdım. Səhvlər varsa, üzr istəyirəm. Mən qanadları qırılmış quş kimiyəm.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

5-09-2022, 15:0

Tərlan Əhmədovun "Kəpəz"dəki maaşı bəlli oldu

Premyer-liqa

4-09-2022, 19:0

Tərlan Əhmədovun köməkçiləri müəyyənləşdi

Premyer-liqa / Manşet

17-02-2023, 22:0

“Biz də Gəncədə təzyiqlə üzləşmişik”

Premyer-liqa / Manşet

6-09-2022, 18:0

“Kəpəz” azarkeşlərinin Tərlan Əhmədovun təyinatına münasibəti necədi?

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Bu gün, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Bu gün, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Bu gün, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Bu gün, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Bu gün, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 23:23
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 178
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 163
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə