• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xavi Qrasiyanın gəlişi “Lids”ə nə vəd edir?

Dünya futbolu

26-02-2023, 15:0

“Lids” Cessi Marşla vidalaşandan iki həftə sonra baş məşqçi postunda amerikalını əvəz edəcək mütəxəssisi müəyyənləşdirdi. Bəli, yorkşirliləri böhrandan “Rubin” və “Valensiya”nın sabiq çalışdırıcısı, İngiltərə premyer-liqasında iş təcrübəsinə də malik – vaxtilə “Uotford”un “sükanı arxasında” olub – Xavi Qrasiya çıxarmalıdı.

Football-plus.az xəbər verir ki, hazırda turnir cədvəlinin 19-cu pilləsində qərarlaşan “Lids” çempionşipə yuvarlanmaq təhlükəsi ilə üz-üzədi. “Ağlar”ı bu gün elitada qalmaq uğrunda mübarizədə əsas rəqiblərindən olan “Sauthempton”la vacib oyun gözləyir. Bəs Qrasiyanın təyinatı “Elland Roud”da əhval-ruhiyyəyə necə təsir edə bilər?

Sent-Olbansdakı Çekker-strit daim qaynaşan yerdi. Müxtəlif restoranların və barların yerləşdiyi bu küçə “Uotford”un əməkdaşlarının və oyunçularının dincəldiyi əsas yerdi. Yaxınlıqda yerləşən klub bazasında məşqdən sonra onların bir qədər əylənməyə ehtiyac duyması təbiidi. Xavi Qrasiya 2018-ci ilin yanvarında “arılar”ın “sükanı arxasına” keçəndən dərhal sonra həmkarları onu pablardan birində oturmağa dəvət etdi. Əlbəttə, bu bir rəmzi jest idi, heç kim ispaniyalı məşqçinin dəvəti qəbul edəcəyinə inanmırdı. Bu üzdən baş məşqçi korpusu ilə birgə pabın qapısı önündə görünəndə içəridəkilər onu böyük coşqu ilə qarşıladı. Qrasiya burda çox dayanmadı, heç nə içmədi, amma gəldi. Üstəlik hesabı ödəməyi də lazım bildi.

İspaniyalı mütəxəssisi tanıyan hər kəs dərhal sizə onun əsas keyfiyyətlərindən danışacaq – ünsiyyətcil, dostcanlı, söhbətə meyilli və səxavətli adamdı. Vaxtilə Xavi Qrasiyanın rəhbərliyi altında çalışan futbolçulardan biri belə deyir: “Lids”in oyunçuları onun naminə özünü incidəcək”.

Qrasiyanın həmin gün pabda görünməsi kiçik möcüzəyə yol açdı. O, “Uotford”un personalı və oyunçuları ilə dərhal anlaşmaya nail oldu. Bu isə yaxşı gələcəkdən xəbər verirdi. Mövsümün sonunda 14-cü yeri tutan “arılar” elitada yerini qorudu. Növbəti mövsüm daha uğurlu oldu. “Uotford” premyer-liqada 11-ci yeri tutdu və son 35 ildə ilk dəfə ölkə kubokunun finalına çıxdı. Əlbəttə, indi də “Lids”in azarkeşləri elitada qalmağa ikiəlli razı olarlar. Mövcud vəziyyətdə onların başqa hədəfi ola bilməz. Ancaq azarkeşlər ən azı əmin ola bilərlər ki, onların klubunu məhz belə vəziyyətlər üçün iş təcrübəsi olan mütəxəssis çalışdıracaq. Bundan başqa, Qrasiya müsbət əhval-ruhiyyədən məhrum olan kollektivləri canlandırmaq bacarığına malikdi.
“Lids”in oyunçuları “Torp Arç”dakı elə ilk səhərdə yeni məşqçini prosedur otağında görəcəklər. Qrasiya ora fizioterapevtlərə məsləhət vermək və ya zədəli oyunçuları yoxlamaq üçün baş çəkməyəcək. Xavinin ürəyindən, sadəcə, futbolçularla söhbətləşmək keçir. İspaniyalıya yaxın qaynaqlardan biri bu haqda belə deyir: “O, sadəcə, “növbətçi” suallar vermir, deyilənləri dinləməyə çalışır. Qrasiya gerçəkdən futbolçularının və personalın durumunu öyrənməkdə maraqlıdı. Onların hansısa problemi varsa, bu, baş məşqçinin də problemidi”.

“Lids”in oyunçuları bundan sonra tez-tez “keç, otur” ifadəsini eşidəcək. Qrasiya dəvətedici jestlə stulu irəli itələyəcək ki, ünsiyyət saxlasın. “Uotford”da bu vərdiş adət halını almışdı, çünki Qrasiya futbolçularla təkbətək söhbətləri xoşlayır. İspaniyalı mütəxəssis çalışır ki, komanda onun hüzurunda özünü rahat hiss etsin, oyunçular böyük-kiçikliyindən asılı olmayaraq, istənilən problemə görə qapısını döyə bilsinlər. O həm də futbolçuların etimadını qazanmaq istəyir. Və “Uotford”da ispaniyalı sərhədsiz etimad qazanmışdı, hər kəs ona güvənirdi. Komandada nəsə qaydasında deyilsə, bu artıq fərdi səhv deyil, kollektivin problemidi. Kollektiv Qrasiyanın ayrı-ayrı şəxsləri tənqid dalğasının ağuşuna atmamasını yüksək dəyərləndirir. 52 yaşlı mütəxəssis, adətən, diqqəti komandaya yönəltmək əvəzinə günahı öz üzərinə götürməyə üstünlük verir.

Bu o anlama gəlməməlidi ki, Xavi Qrasiya ağır söhbətlərdən çəkinir. İdarəçi kimi onu fərqləndirən əsas cəhətlərdən biri də daim konkret oyunçuya yerini göstərmək bacarığının olmasıdı. Kimsə oyun üçün iştirak ərizəsinə salınmırsa, onda baş məşqçi səbəbkara bunu ən xırda detallara qədər anladacaq və deyəcək ki, heyətlə yer almaq üçün nə etmək lazımdı.

“Lids”in oyunçuları onun dürüstlüyünü və açıq danışmasını mütləq dəyərləndirəcək. Vaxtilə “Uotford”da olduğu kimi. “Arılar”ın məşq bazasında futbolçular tez-tez məşqçi stolunun arxasında nahar edirdilər. Bəlkə də başqa klublarda belə praktikaya rast gəlməzsiz. Ancaq ispaniyalı mütəxəssisin söykəndiyi mədəni dəyərlər belədi ki, o, özünü vahid kollektivin bir hissəsi kimi görür.

Xavi Qrasiya oyuna köklənmək planında diqqətli məşqçidi. O, mövcud durumu xırda detallarına qədər aydınlaşdırmağı xoşlayır. İspaniyalı futbolla nəfəs alır və yaşayır. Deyilənə görə, üç uşaq atası olan Qrasiya işdən kənarda nümunəvi ailə başçısıdı, onun əsas ehtirası isə futboldu.

“Lids”in futbolçuları Qrasiyanın məşq sessiyasının necə cəlbedici olduğunu da görəcəklər. Qaynaqlardan birinin dedikləri: “Onun məşq seanslarını sönük adlandırmaq çətindi. Oyun ərəfəsində taktiki hazırlığa ciddi fikir verir, ancaq məşqdən sonra gileylənən futbolçu görməzsiz”.

Xavi Qrasiya komandaya hücum üslubu aşılamağa çalışacaq, ancaq onun məşqlərinin təməlində oyunun təşkilinə dair struktur yaratmaq dayanır. Onunla “Vikaric Roud”da çalışanlarda ispaniyalı mütəxəssisin adı hələ də təbəssüm yaradır. Qrasiyanın sabiq həmkarlarının əksəri onunla hələ də əlaqə yaratmağa çalışır, bu məqam isə vaxtilə onunla çalışanların bu mütəxəssisi necə yüksək dəyərləndirməsinin sübutudu.

İspaniyalı mütəxəssis “Uotford”dan 2019-un sentyabrında – 8 oyunluq qələbəsiz seriyadan sonra qovuldu. Qrasiya “arılar”ın düşərgəsini beynəlxalq oyunlar üçün yaranan fasilədə tərk etdi, bu üzdən xoş iş mühiti yarardığı adamların bir çoxu ilə vidalaşa bilmədi. Bu fakt hələ də “Uotford”un bəzi əməkdaşlarında narazılıq doğurur. Ardından “Valensiya”da və Qətər “Əl-Sədd”ində çalışdı. 4 il ötəndən sonra 52 yaşlı məşqçi premyer-liqaya qayıdır. Onun qarşısına ambisiyalı vəzifə qoyulub – “Lids”i çempionşipə yuvarlanmaqdan xilas etməlidi. Şayiələrə inansaq, Qrasiya artıq “Elland Roud” əhlinə xoş təsir bağışlayıb. “Lids” azarkeşlərinə inanmaq qalır ki, ispaniyalı yalnız komandadakı atmosferi düzəltməyəcək, həm də təhlükəli zonadan kənarda finişə çatmağı bacaracaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-02-2023, 10:0

“Lids”i Qrasiya xilas etməyə çalışacaq

Dünya futbolu

6-06-2022, 13:0

Xavi "Barselona"da bu futbolçuları görmək istəyir

Dünya futbolu

30-10-2022, 10:0

"Lids" "Liverpul"u dayandırdı

Dünya futbolu

30-04-2022, 23:0

"Mançester Siti"dən böyük hesablı qələbə

Aktual
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
Son xəbərlər
  • Bu gün, 20:02
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Bu gün, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Bu gün, 18:32
    Parisi tərk edəcək
  • Bu gün, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Bu gün, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Bu gün, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Bu gün, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Bu gün, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Bu gün, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Bu gün, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Bu gün, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Bu gün, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Bu gün, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Bu gün, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Bu gün, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Bu gün, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Bu gün, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə