“Liverpul” premyer-liqanın 14-cü turunda “Lids”ə uduzub.
Football-plus.az xəbər verir ki, bununla da mersisaydlıların evdəki seriyası qırılıb. Yurgen Kloppun yetirmələri 2021-ci ilin martından “Enfild Roud”da çempionat matçında uduzmurdu. 29 oyunluq seriya çərçivəsində 22 qələbə və 7 heç-heçə qeydə alınmışdı.