“Lids”i Qrasiya xilas etməyə çalışacaq

25.02.2023 10:31 223
Dünya futbolu
“Lids”də baş məşqçi problemi həllini tapıb. İngiltərə klubuna Xavyer Qrasiya təyinat alıb.

Football-plus.az xəbər verir ki, “Lids”in rəsmi saytının məlumatında tərəflər arasında bağlanan müqavilənin müddəti açıqlanmayıb.

Qrasiyanın sonuncu iş yeri “Əl-Sədd” olub. 52 yaşlı mütəxəssis Qətər klubunu 2022-ci ildə çalışdırıb. Onu yeni komandasında çətin vəzifə gözləyir. Qrasiya “Lids”in 2-ci diviziona düşməsinə imkan verməməyə çalışacaq.

Komanda hazırda premyer-liqada 23 oyuna 19 xalla 19-cu yeri tutur.