“Lids” heyətini Maksimilian Veber ilə gücləndirib.
Football-plus.az xəbər verir ki, İngiltərə klubu ona görə “Zaltsburq”a 12 milyon avro ödəyib. Avstriyalı müdafiəçi yorkşirlilərlə 4,5 illik müqavilə bağlayıb.
24 yaşlı Veberin əvvəllər “Sevilya”, “Ayaks” və “Rapid”də oynadığını xatırladaq.