İngiltərə klubunda rekord transfer

5.07.2022 22:12 441
Dünya futbolu
İngiltərə premyer-liqasına qayıdan “Nottingem Forest” heyətini gücləndirməkdə davam edir.

"Football-plus.az" xəbər verir ki, Nottingem klubu tarixinin rekord məbləğdə transferini reallaşdırıb. “Union”un hücumçusu Tayvo Avoniyinin keçidi üçün 17 milyon funt sterlinq ödənilib. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Avoniyi ötən mövsüm berlinlilərin ən yaxşı bombardiri olub. Nigeriyalı futbolçu bundesliqada iştirak etdiyi 31 oyunda 15 qol vurub.