Braziliyalı futbolçu İngiltərə klubunda

26.12.2022 17:35 233
Dünya futbolu
"Atletiko"nun futbolçusu Mateus Kunya karyerasını İngiltərədə davam etdirəcək.

Football-plus.az xəbər verir ki, braziliyalı hücumçu "Vulverhempton"a keçib.

Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Premyer-liqa təmsilçisi oyunçunu icarə əsasında heyətinə qatıb.

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm "Atletiko"nun heyətində 17 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.