İngiltərə klubunda yeni müqavilə

7.04.2022 18:10 581
Dünya futbolu
Mettyu Keş klubundan aldığı yeni təklifi qəbul edib.

Polşalı müdafiəçi “Aston Villa” ilə müqaviləsinin müddətini 2027-ci ilin yayına qədər artırıb. Keş İngiltərə klubunda 2020-ci ildən çıxış edir.

24 yaşlı futbolçu bu mövsüm premyer-liqada meydana çıxdığı 30 oyunda 3 qol vurub.