“Yuventus” ardıcıl ikinci mövsüm əsas hədəflərinə çatmadığından Massimiliano Alleqrinin işini itirmək ehtimalı vardı, lakin...
Artıq komandanın bu mövsüm İtaliya çempionu ola bilməyəcəyi dəqiqləşib. “Yuventus” Çempionlar Liqasında mübarizəni 1/8 finalda dayandırıb. “Ağ-qaralar”ın yalnız ölkə kubokunu qazanmaq şansı qalıb. Belə nəticələrə baxmayaraq, rəhbərlik baş məşqçini istefaya göndərmək fikrində deyil.
Bu barədə calciomercato.com portalı məlumat yayıb. Alleqrinin komandası mayın 11-də İtaliya kubokunun finalında “İnter”lə qarşılaşacaq. Alleqrinin klubdakı gələcəyi bu matçın nəticəsindən asılı olmayacaq. Yəni “Yuventus” finalda “İnter”ə uduzsa belə, təcrübəli çalışdırıcı vəzifəsində qalacaq. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi.