• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Formasının zirvəsində olan De Xeanın DÇ-yə getməsi sual altındadı - TƏHLİL

Dünya futbolu / Manşet

5-11-2022, 11:0

“Mançester Yunayted”in qapıçısı David De Xea bazar günü “Vest Hem” ilə oyunu möhtəşəm keçirdi.

Football-plus.az xəbər verir ki, ispaniyalı oyunun ən yaxşısını müəyyənləşdirmək üçün keçirilən sorğuda səslərin 50 faizindən çoxunu topladı. Onun iki seyvi möcüzə idi. Məsələn, Kurt Zumanın 83-cü dəqiqədəki baş zərbəsinin qarşısını inanılmaz şəkildə aldı. Və ya Deklan Reysin 90+4-cü dəqiqədə “9-luğ”a göndərdiyi zərbəyə reaksiyasını xatırlamaq olar. “The Athletic” və “Sky Sports”un qapıçıların işinə qiymət verən eksperti Con Harrison diqqəti De Xeanın baş zərbəsini qaytararkən nümayiş etdirdiyi texnikaya yönəldib. Onun sözlərinə görə, David vəziyyəti qiymətləndirmək üçün qəfil baxışlarının yönünü dəyişir. Bundan başqa, ispan çox hərəkətlidi və seyvlər zamanı ayağını da yaxşı işlədir.

De Xea premyer-liqanın cari mövsümündə “quru” oyunların sayına (5) görə 2-ci pilləyə yüksəlib. Bu mənada liderlər “Mançester Siti”dən Ederson və “Nyukasl”dan Nuk Poupdu (hərəyə 6 oyun).

Erik ten Haq da qapıçısının oyununa heyrandı:

“10 nəfərlə müdafiə olunmaq alınmırsa, bunu 11 nəfərlə edirik. Ona görə ki, güclü qapıçımız var. Əla seyvləri və soyuqqanlı davranışı göstərir ki, ona bel bağlaya bilərik”.


Bu da De Xeanın fikirləri:

“Gələcəyə boylanmağı xoşlamıram, sadəcə, gündən-günə irəliləyirik. Mövsümün əvvəli ağır keçdi, ancaq MY böyük klubdu və biz “artırırıq”. Bazar günü qapımız önündə bir neçə təhlükəli vəziyyətə imkan verdik, axı “Vest Hem” əla komandadı. İki əsas seyvimdən Zumanın zərbəsinə reaksiyam daha yaxşı idi. Çox vacib qələbə qazandıq”.


De Xeanın müqavilə müddəti mövsümün sonunda bitir

İspaniyalının MY ilə müqaviləsində müddətin uzadılmasının mümkünlüyü ilə bağlı bənd var, ancaq o yalnız Ten Haqla razılaşdırılandan sonra işə düşə bilər. Baş məşqçinin bununla bağlı izahatı təzadlıdı:

“İndi biz qarşıdakı oyunlara köklənmişik, ardından dünya çempionatına görə fasilə yaranacaq, onda müqavilə haqda düşünərik. Dəfələrlə bu haqda danışmışam. Daviddən razıyam, əla qapıçıdı. Onun cəmi 31 yaşı var, yaxşı formadadı, bundan sonra da tərəqqi edə bilər. Komandada qalacağına ümid edirəm”.


Amma mançesterlilərin başqa variantları gözdən keçirməsi də heç kimə sirr deyil. Konkret “Portu”dan Dioqo Koşta klub rəhbərliyinin diqqət mərkəzindədi. İcarə əsasında “Nottingem Forest”in şərəfini qoruyan Din Hendersonun Mançesterə gəlişi də mümkündü.

Çətin ki dünya çempionatına aparıla…

FİFA dünya çempionatının startına bir neçə həftə qalmış iştirakçılardan ilkin siyahını göndərməyi xahiş edir, hər yığma bura 35-55 arası futbolçunun, eləcə də sayı 70-i keçməmək şərti ilə vəzifəli şəxslərin və yardımçı personalın adını daxil edə bilər. Hələ ki bu yöndə fəallıq göstərən yığmaların sayı bir əlin barmaqları qədərdi. İspaniya yığmasının baş məşqçisi Luis Enrike də siyahını açıqlamayıb. Ancaq “As” qəzetindən olan həmkarlarımız müəyyən bilgiyə malikdi. İspaniya nəşrinin yazdığına görə, 31 yaşlı De Xeanın adı siyahıda yoxdu. MY-nin qapıçısı AÇ-2020-də turnirboyu Unay Simonun arxasında qaldısa (yarımfinala qədər irəlilədilər), bu dəfə DÇ-ni buraxması tam realdı. Yeri gəlmişkən, “As”ın xəbəri heç də şok xarakterli deyil – De Xea 2020-nin oktyabrından bəri yığma formasında görünməyib. O da bildirilir ki, Qətərdə yığmanın qapıçı mövqeyi Simon (Atletik), Robert Sançes (Brayton) və David Rayyadan (Brentford) ibarət olacaq. Kepa Arrisabalaqa (Çelsi) ilə David Soriya (Xetafe) ilkin siyahıda olsa da, onlara hələ ki ehtiyat variant kimi baxılır.

Enrike hansı qapıçıları aparacağını müəyyənləşdirib?
Luis Enrike hələ Millətlər Liqasının iyundakı Çexiya ilə oyunu vaxtı Simon, Sançes və Rayyanın üzərində dayanacağını dolayısı ilə təsdiqləmişdi. Həmin vaxt o Simonun havada oyununu təriflədi və iki ehtiyat qapıçını qeyd etdi:

“Heyətə salmaq üçün üç qapıçı axtarıram və düşünürəm ki, indi onlar əlimin altındadı. Düzünü desəm, onlardan istənilən biri ilə oyuna başlamaq mənim üçün problem olmazdı. Qapıçı oyuna başlamağı bacarmalı və havada dominantlıq etməlidi – Unay bu mənada maraqlı təcrübə toplayıb. Mənə rahatlıq verən qapıçı lazımdı. Bu o demək deyil ki, qapıçı səhvə yol verməyəcək. Səhvlər futbolun bir hissəsidi”.


Bütün bunlar Kepa Mendini “Çelsi”nin start heyətindən sıxışdırana və premyer-liqanın ən yaxşı qapıçıları səviyyəsinə dönənə qədər deyilmişdi. Belə görünür ki, onun Qətərə yollanacaq qatara sıçramaq variantı hələ də var.

İspaniyada qapıçılarla bağlı problem DÇ-2018-dən sonra başladı: De Xeanın həmin turnirdəki iflası yığmanın məşqçi korpusunu variantlar axtarmağa məcbur etdi. Enrike əvvəlcə Kepaya güvəndi, ancaq o tezliklə “Çelsi”də ehtiyatda oturdu – nəticədə yığmanın AÇ-2020 üçün iştirak ərizəsindən kənarda qaldı. 2020-nin noyabrından bəri yığmanın qapısını alternativsiz əsasda Unay Simon qoruyur.

Enrike 25 yaşlı Unayın uğurlarının əsas səbəbi kimi xarakter möhkəmliyini göstərir. Yığmanın sabiq qapıçısı Andoni Subisarreta da bu fikri bölüşür:

“Futbol səhvlər yığınıdı. Burda detallar və səhvlərə sakit reaksiya çox vacibdi. Unayı izləmişəm. O elə şəxsiyyət tipidi ki, hətta səhvdən sonra da ayağa qalxır və yüz faiz güc qoymaqda davam edir”.


Unay 2019/20 mövsümündə formasının zirvəsində idi – pişik kimi reaksiyasına və qapı xəttində göstərdiyi soyuqqanlığa görə “Atletik”in sabiq baş məşqçisi Qaiska Qaritano ona “canavar” deyirdi. Qapıçı məhz ideal formasına görə İspaniya yığmasına düşdü. Luis Enrike deyirdi ki, Unayın liderlik keyfiyyətləri ona 23 yaşında komandanın müdafiə xəttini idarə etmək imkanı yaradır.

Ancaq növbəti mövsüm qeyri-sabitlik başladı: yaxşı və pis oyunlar növbələşirdi. Simon öz uğursuzluğuna sakit reaksiya verirdi:

“Mən özümü əsas heyət oyunçusu saymıram. Başqa əla qapıçılarımız da var. Baş məşqçi mənə dünyanın ən yaxşı qolkiperlərinin məşqlərinə baxmaq və öyrənmək imkanı yaradıb. Onun istənilən qərarını qəbul edəcəm, həmişə yığmama kömək etməyə hazıram”.


Simon cari mövsümdə meydana çıxdığı 12 oyunun 5-də qapısını toxunulmaz saxlayıb. “Quru” oyunlardan üçü mövsümün startına təsadüf edib.

Heyətlər nə vaxt açıqlanacaq?

DÇ-2022 üçün iştirak ərizələrinin verilməsi ilə bağlı qaydalar bəllidi. FİFA zədə riskinin böyük olduğunu anlayır, axı klub oyunları az qala turnirin startına qədər davam edəcək (əvvəllər çempionatların sonu ilə mundialın startını bir-birindən təxminən bir ay ayırırdı). Bu üzdən ilkin siyahı 35-dən 55-ə, yekun siyahı isə 23-dən 26-ya çatdırılıb. Yeni qaydalara görə hər oyunda 5 dəyişikliyə icazə verilir.

FİFA ilkin siyahıları tələb edir ki, DÇ-nin 1000-dən artıq potensial iştirakçısının adını məlumat bazasına salsın və sonradan rahatca 832-yə endirsin. Yığmalar 26 oyunçudan ibarət yekun siyahını turnirin startına 6 gün qalmış, yəni noyabrın 14-nə qədər göndərməlidi. FİFA noyabrın 15-də bütün yekun heyətləri açıqlayacaq, ancaq yığmalar bundan daha tez heyətini açıqlamağı düşünür. Məsələn, İngiltərə yığması heyətini noyabrın 10-da elan etməyi planlaşdırır.

Bütün klublar noyabrın 14-nə qədər futbolçularını buraxmalıdı. Yeri gəlmişkən, FİFA oyunçuları turnirdə iştirak edən klublara kompensasiya ödəyəcək. Hər futbolçunun gününə görə 10 min dollar ödəniləcək, yəni final mərhələsinin hər iştirakçısı klubuna 370 min dollar qazandıracaq. FİFA müxtəlif yönlü kompensasiya kimi 209 milyon dollar ayırıb.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-08-2022, 12:0

"Qarabağ"ın sabiq qapıçısı "Mançester Yunayted"ə keçə bilər

Dünya futbolu

3-09-2022, 19:0

“Mançester Yunayted”də yeni qapıçı

Dünya futbolu

15-03-2022, 13:0

Bruno “Atletiko”ya qarşı oynamayacaq?

Dünya futbolu

11-07-2022, 17:0

De Xeanın əvəzedicisi ola bilər

Dünya futbolu

24-09-2022, 20:0

"Mançester Yunayted" De Xea ilə müqavilə müddətini uzatdı

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə