“Yuventus” rəhbərliyində istefa gözlənilir.
İtaliya mənbələrinin xəbərinə görə, Pavel Nedved tezliklə vitse-prezident vəzifəsini tərk edə bilər. Onunla rəhbərlik arasında ciddi fikir ayrılıqlarının olduğu əsas gətirilir. Nedved bir neçə gün əvvəl baş məşqçi Massimiliano Alleqrinin istefaya göndərilməsini təklif edib. Lakin “Yuventus”un prezidenti Andrea Anyelli məşqçi dəyişikliyinə lüzum görməyib. Yerli mənbələr Nedvedin hələ ötən il Alleqrinin kluba qayıtmasının əleyhinə çıxdığını da iddia edir.
“Yuventus” hazırda A seriyasında 7 oyundan sonra 10 xalla 8-ci yeri tutur. Komanda Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi hər iki oyunda məğlub olub.