“Mançester Yunayted”də yeni qapıçı

3.09.2022 19:49 368
Dünya futbolu
“Mançester Yunayted” heyətinə yeni oyunçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, “Nyukasl”ın qapıçısı Martin Dubravka yeni komandasında mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Slovakiya millisinin üzvü “Nyukasl”da 2018-ci ildən oynayır. Martin bu mövsüm David De Xeanın əsas əvəzləyicisi olacaq.