Bundesliqanın 11-ci turunda “Frayburq” “Verder”lə qarşılaşmada 1 qol, 1 ötürməlik parlaq performans sərgiləyən Qrifonun sayəsində 2:0 hesabı ilə qalib gəldi.
Football-plus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bununla da bundesliqada 39-cu qolunu vurmaqla Luka Tonini geridə qoydu və turnirin tarixində ən məhsuldar italiyalı futbolçuya çevrildi.
Amma 2005-07 ci illərdə “Bavariya”nın şərəfini qorumuş Toni 38 qolu 70 oyuna vurubsa, Qrifo 39 qolu 185 oyuna vurub.
Qeyd edək ki, italiyalı Avropa Liqasının qrup mərhələsinin ilk turunun "Frayburq" - "Qarabağ" matçının ilk qolunun müəllifi olub. Hücumçu matçın 7-ci dəqiqəsində penaltidən fərqlənib.