“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşin koronavirus testi müsbət çıxıb.
Portuqaliyalı futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə cavab oyununda iştirakı sual altındadı. Bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ralf Ranqnik məlumat verib. “Mançester Yunayted”də bir neçə gün əvvəl qapıçı David De Xeanın da koronavirus testi müsbət çıxmışdı.
“Mançester Yunayted” - “Atletiko” matçı bu gün keçiriləcək və saat 00.00-da başlayacaq. İlk oyunda 1:1 hesabı qeydə alınıb