• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Samir gəldi, zülm bitdi? - KÖŞƏ

Manşet / Yazarlar

28-09-2022, 23:0

Samir Abasovun “Sumqayıt” rəhbərliyi ilə son 6 gündə apardığı danışıqlar xoş sonluqla bitdi. Sonda göydən üç alma yox, üçillik müqavilə düşdü.

2022/23 mövsümünün yenicə başladığını, Samir bəyin “Sumqayıt”la bağladığı müqavilənin müddətinin 2025-də bitəcəyini nəzərə alsaq, elə üç il edir. Bəli, 2018-də “gənclər şəhəri”ndən ayrılan, “yolüstü” “Zirə” ilə “Neftçi”ni də çalışdırmağa imkan tapan əfsanə yuvaya qayıdır. Mən “əfsanə” deyərkən adamın məşqçi nəticələrini nəzərdə tutmuram. Abasov cənabları “Neftçi”dəki çempionluqdan başqa hələ ki heç nə qazanmayıb. Amma bu başqa məsələ ki, tam bir xarizmadı, onun mətbuat konfransları ən azı “Hicran” tamaşası qədər maraqlı keçir. Bir-iki dəfə belə tədbirlərdə olmuşam, sanki iynə üzərində oturur, jurnalistin sualını dinləməmiş impulsiv silkələnmə ilə danışmağa başlayır. Hə, “əfsanə” kimi qulağı deşən ad yapışdırmışamsa, gərək 2015-18 aralığında “Sumqayıt”da təbliğ etdiyi, bu komandanın göstərdiyi oyun üslubunu da unutmayım. Deyəsən, axı o “Sumqayıt” çox şən, maraqlı və baxımlı futbol göstərirdi. Yox, Abasov komandanı avrokuboklara çıxara bilmirdi, sadəcə, könüllərin çempionu idi, vəssalam.

“Zirə”də işi heç alınmadı, məncə, çox tez anladı ki, bu klub onluq deyil, ya “Sumqayıt”da olduğu kimi yoxdan nəsə yaratmalıydı, ya da “Neftçi” kimi imkanlı kluba keçib, “Qarabağ”a “dişini göstərməliydi”. Əlbəttə, bunu bacardı, Samir bəy məşqçi karyerasında bundan sonra heç nə qazanmasa da belə, 2021-də çempionluğu ağdamlıların ovcunun içindən qaçırdığına görə daim xatırlanacaq. Təbii, çoxları kimi, mən də istəyirəm ki, təkcə o çempionluğa görə xatırlanmasın. Amma...

Abasov bəzi məqamlarda prinsipsizlikdən əziyyət çəkir. Məsələn, 2018-in fevralında Kamran Quliyevlə Ceyhun Sultanov “Sumqayıt”ı “Neftçi”yə dəyişəndə az qala üsyan bayrağı açacaqdı. Yanlış xatırlamıramsa, bu tandemin onu yarıyolda qoymasından gileylənirdi. Amma 2,5 ildən sonra məhz həmin Kamran bəyin prezident olduğu klubda çalışmağa qərar verdi. Və daha bir maraqlı məqam: Abasov paytaxt klubundan istefaya göndərilməsini də xoş qarşılamadı, uğursuzluğun günahını özündən başqa hamının üzərinə yıxdı.

İndi isə diqqəti başqa nöqtəyə yönəldək. 2018-in mayında – son turun prinsipial oyununda “Sumqayıt” “Zirə”yə 1:2 uduzmaqla növbəti dəfə Avropa Liqasından kənarda qaldı və Abasov çıxış yolunu istefa verməkdə gördü. Gedəndə yenə klubu yamanladı, rəhbərliyi hansısa vədləri yerinə yetirməməkdə suçladı. Onda “Sumqayıt”ın prezidenti kim idi? Bəli-bəli, düz buyurursuz, Riad Rəfiyev! Və indi, yəni o istefanın üzərindən 4 il 4 ay keçəndən sonra Samir bəy yenidən “Sumqayıt”la, dolayısıyla Riad Rəfiyevlə işbirliyinə qərar verdi. Mənim üçün çox maraqlıdı: görəsən, ötən müddətdə nə və ya kim dəyişib? Rəfiyevin, yoxsa Abasovun baxışları?

Əlbəttə, prinsipsizlik deyərkən mən heç bir halda hansısa mütəxəssisin bir komandanı iki, hətta üç dəfə çalışdırmaq imkanından məhrum olunmasını nəzərdə tutmuram. Əksinə, istər Azərbaycanda, istərsə də dünyada yüzlərlə belə nümunə var. Ola bilər ki, məşqçi əvvəlki dönəmdə yol verdiyi səhvləri soyuq başla təhlil edir, təbiət qoynunda dincələndə və ya qış üçün odun tədarükü görəndə, bir qədər də bədiiləşdirsəm, baltanı kötüyə çırpanda futbolçusunun qeyri-dəqiq zərbəsini xatırlayır, baltanı kənara atıb düşünür ki, qayıdım və o bəyzadəyə doğru zərbə vurmağın qaydasını öyrədim. Çox güman, Samir bəy məhz belə tale yaşayıb. Onun keçdiyi yola nəzər salmaq, səhvləri götür-qoy etmək üçün üç ay vaxtı oldu. Dağlar qoynunda güc yığan Abasov indi doğma “Sumqayıt”ını zirvələrə daşımalıdı. Hərçənd zirvə anlayışı da nisbidi. İndi turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan, 7 oyunda yalnız bir qol vuran komandanın azarkeşləri məni topa tutar ki, bu nə zirvəbazlıqdı salıbsan, heç hənanın yeridi? Siz belə düşünürsüzsə, deməli, elə belədi, hörmətli “Sumqayıt” azarkeşləri! Yeni baş məşqçiniz xeyirli-uğurlu olsun! Samir gəldi, zülm bitdi! Bitdimi?

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

26-09-2022, 18:0

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli oldu

Dünya futbolu

19-05-2022, 17:0

“Əfsanə” mükafatına layiq görüldü

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 187
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə