• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fransızlara “Qarabağ” silləsi - KÖŞƏ

Manşet / Yazarlar

17-09-2022, 16:0

Çətindi. Son günlər ölkə çətin günlər yaşayır.

Demək olar ki, heç kimin üzü gülmür. Azərbaycan - Ermənistan sərhədində baş verən qarşıdurmada 77 oğlumuz şəhid oldu. Üzülməmək, kövrəlməmək, kədərlənməmək əldə deyil. Qarabağ adı yenə azərbaycanlılar üçün ağır dərdə çevrildi. 2020-ci ildə erməniləri darmadağın etsək də, hələ də ağılları başlarına gəlməyib. Yenə “dəmir yumruğ”u hiss etmək istəyirlər. Səbr etmək gözəl şeydi. Amma 30 ildi xalq olaraq hər şeyə dözürük. Düzəlmir ki, düzəlmir. Hər dəfə havadarlarına güvənib hürürlər. Amma səbr edən dərviş muradına nə zamansa çatacaq...

Yuxarıda qeyd etdiyim kimi, Qarabağ adı Azərbaycan üçün dərdə çevrilib. Amma futbolumuzun “Qarabağ”ı üzümüzü güldürür. Son ölkə çempionu Avropa Liqasının G qrupunda ikinci oyuna çıxdı. Rəqib ermənilərin havadarları sayılan Fransanın “Nant” klubu idi. Hansı ki bu dövlətin rəhbərliyi oyundan 1 gün öncə sərhəddə başverənlərə görə Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün BMT-nin Təhlükəsizlik Şurasında müzakirə açmışdı. Məhəllə jarqonunda belə bir ifadə var: 2 nəfərin söhbətinə qarışan 3-cü əxlaqsızdı. Mənim fransızlarla işim yoxdu. Bir həftə öncə 5-6 saatlıq olsa da, Strasburqda oldum. Gülərüz xalqdılar. Amma ölkə rəhbərliyi özünü sözün əsl mənasında əxlaqsız kimi aparır.

Qayıdaq əsas məsələyə. Oyundan 1 saat öncə stadiondaydıq. Yolboyu azarkeşlər elə də fəallıq göstərmirdilər. Bu da anlaşılandı. Üç gün ərzində canımızdan can olan 71 qardaşımız şəhid olmuşdu. Təm-tərağa, dəm-dəstgaha gərək yox idi. Sadəcə, diqqətimizi çəkən bir məqam oldu. “Nant”ın azarkeşləri oyunun başlamasına 5-6 dəqiqə qalsa da, tribunada yerlərini almamışdılar. Onlar stadiona daxil olarkən problemlə üzləşdilər. Asayiş keşişçiləri onları bir-bir xüsusi yoxlayırdı. Fransızlar qrup şəklində stadiona girmək istədikləri üçün girişdə öz yoldaşlarını gözləyirdilər.

Saat 20.44. Bütün azarkeşlər ayaqüstə durub, stadion sükuta qərq olub. “Qarabağ”ın üzvləri də sakitcə yerlərində dayanıblar. Hakimin start fiti sükutu pozdu. Bir anda alqış səsləri yüksəldi. Möhtəşəm dəstək altında Ağdam klubu oyuna başladı. Azarkeşlər tez-tez “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirirdi. İlk hissədə “Qarabağ” özünü yaxşı tərəfdən göstərə bilmirdi. Komanda bəzi hallarda müdafiədə səhvlərə yol verirdi. Bunun nəticəsi kimi 16-cı dəqiqədə Qurban Qurbanov Bəhlul Mustafazadəyə əsəbi şəkildə diqqətli oynamasını tapşırdı. Fasiləyə kimi komandalar başabaş mübarizə apardılar. Azarkeşlər dəstək olur, ilk 45 dəqiqədə 2-3 seyvlə diqqət çəkən Şahruddinin adını səsləndirirdilər. Bir də əsas məsələ... Stadionun ot örtüyü elə bərbad idi ki, adam deməyə söz tapa bilmir. İllərdi “Qarabağ”ın oyununda belə problem yaşanır. Hər dəfə də bəhanələrlə problem ört-basdır edilir.

“Qarabağ” ikinci hissəyə fırtına kimi başladı. Komandanın qaçırdığı qol imkanları saç-baş yoldururdu. 56-cı dəqiqədə arena süd yolu qalaktikasına bənzədi. Bütün azarkeşlər əllərindəki telefon vasitəsi ilə işıq effekti yaradaraq matça gözəllik qatdı. 60-cı dəqiqədə isə stadion sevincə qərq oldu. Ovusu hesabı açaraq Azərbaycanın sevinməsinə səbəb olmuşdu. Bu anda baş məşqçi 15-20 saniyəlik media mənsublarının olduğu tribunaya tərəf baxdı. Bəlkə də mütəxəssis Ovusunun fərqlənməsinə xüsusi sevinmişdi. Çünki Vacinin gedişindən sonra media və ictimaiyyət əsasən Qurban Qurbanovu qınayırdı. Hamı transfer edilməməsindən şikayətçi idi. Ovusunun fərqlənməsi onun “mən burdayam və hər şeyi daha yaxşı bilirəm” deməsi üçün səbəb idi. Zubirin 5 dəqiqə sonra fərqlənməsi artıq hamının dəlilər kimi sevinməsinə səbəb oldu. Yankoviçin uzaqdan zərbə ilə toru silkələməsi isə yeməkdən sonra desert idi. Ən möhtəşəm məqam hər qoldan sonra azarkeşlərin “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirməsi idi... Matç bitdi, amma Azərbaycan tarixində bir ilk yaşanırdı. İnsanlar arenanı tərk etməyə tələsmirdi. “Qarabağ” bütün stadionu dövrə vururaq onlara təşəkkür etdi.

Qəribədi, “Qarabağ” bir gün öncə Azərbaycanı təcavüzkar adlandıran ölkənin klubuna meydanda mədəni təcavüz edib, sonda başına bir şapalaq da vurub yola saldı. Bu, talenin ironiyasıdı. Büdcəsi Ağdam klubundan 3 dəfə çox olan, oyundan öncə iddialı danışan “Nant”ın baş məşqçisinə Qurban Qurbanov tərs sillə vurdu. Və göstərmiş oldu ki, danışmaqla yox, meydanda mübarizə aparmaqla qələbə qazanmaq lazımdı. Ad-san, ölkənin çempionatının səviyyəsi boş söhbətdi. Yəqin bu məğlubiyyəti fransızlar uzun müddət unutmazlar...

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

16-09-2022, 10:0

"Qarabağ" bu göstərici ilə Avropa Liqasında üçüncüdü

Avropa Liqası

14-09-2022, 10:0

"Nant" "Qarabağ" üçün Bakıya gəldi

Avropa Liqası

31-08-2022, 13:0

“Qarabağ”ın bizə rəqib olmasını istəməzdim” - “Olimpiakos”un futbolçusu

Manşet / Avropa Liqası

29-08-2022, 22:0

Ermənilər "Qarabağ" üçün xüsusi hazırlıq görür - İDDİA

Avropa Liqası

2-09-2022, 11:0

"Qarabağ"ın rəqibindən hücumçu transferi

Aktual
Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
Son xəbərlər
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 187
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə