Samir Abasov “Sumqayıt”ın baş məşqçisi təyin olunub. Bunu klubun mətbuat xidməti açıqlayıb.
44 yaşlı PRO kateqoriyalı mütəxəssislə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, bu postdan istefaya göndərilən Aleksey Baqanı əvəzləyib.
Abasov 2011-2014-cü illərdə futbolçu kimi “Sumqayıt”ın şərəfini qoruyub və 2015-2018-ci illərdə də çalışdırıb. O, futbolçu karyerasında “Viləş”, “Şəfa”, “Şahdağ”, “Neftçi”, “Qarabağ”, “Karvan” və “İnter” klublarında da çıxış edib.